Avropa çempionatı-2024-ün seçmə mərhələsində Azərbaycan millisi ilə eyni qrupda yer alan Avstriya yığmasının futbolçusu Kevin Danso ölkəsinin mətbuatına açıqlama verib.
Football-plus.az xəbər verir ki, Fransanın “Lans” klubunun 24 yaşlı müdafiəçisi bütün matçlarda diqqətli olmağın vacibliyini vurğulayıb:
"Final mərhələsinə vəsiqə qazanmaq şanmız yüksəkdi. Maraqlı qrupdu. İsveç yenidən böyük turnirə vəsiqə qazanmağa çalışacaq. Belçikanın dünya çempionatında işləri yolunda getməsə də, onların fərdi baxımdan nə qədər güclü oyunçulara malik olduğunu hamımız bilirik. İndi kiçik komanda, demək olar ki, yoxdur Hər bir rəqib hörmətə layiqdi. Seçmə mərhələdə Estoniya və Azərbaycana qarşı tam hazır olmalıyıq. Biz bu cür davransaq, 2024-cü ildə Almaniyada keçiriləcək Avropa çempionatının final mərhələsinə qatılacağımıza əminəm”.
Qeyd edək ki, F qrupunda I turun oyunları martın 24-də keçiriləcək. Həmin gün Avstriya seçməsi Vyanada Azərbaycan millisini qəbul edəcək.