Zidanla bağlı ehtimal aradan qalxdı

31.05.2022 22:08 432
Dünya futbolu
Zinəddin Zidanın növbəti mövsümdən PSJ-ni çalışdıra biləcəyi ilə bağlı ehtimal aradan qalxıb.

"Football-plus.az" xəbər verir ki, Fransa klubunun qətərli həmsahibləri onu komandaya dəvət etsələr də, PSJ ilə bağlı layihə Zidanı qane etməyib. “Telefoot” indi baş məşqçi vəzifəsinə mümkün namizədlərin siyahısına 4 nəfərin daxil olduğunu iddia edir. Onlar Ruben Amorim (Sportinq), Kristof Qaltye (Nitsa), Serjio Konseysao (Portu) və Tyaqo Mottadı (Spetsiya).

Xəbərdə o da qeyd edilir ki, Maurisio Poçettino PSJ-dəki fəaliyyətini davam etdirmək istəyir. Argentinalı məşqçi kluba müqavilə ilə hələ bir il də bağlıdı.