Santuşun istefaya göndərilməsinə səbəbkar olan Valid Reqraqini “ilin təyinatı” nominasiyasında fərqləndirməmək böyük səhv olardı.
Football-plus.az xəbər verir ki, Mərakeş yığmasının baş məşqçi vəzifəsinə avqustun 31-də təyin olunan 47 yaşlı mütəxəssis yerli federasiyanın etimadını artıqlaması ilə doğrultdu.
Onun komandası dekabrın 10-da Portuqaliyaya qalib gəlməklə yarımfinala vəsiqə qazandı. Mərakeş Afrika qitəsinin mundialın bu mərhələsində oynayan ilk təmsilçisi oldu!