2022-ci ilin istefası

31.12.2022 16:30 238
Dünya futbolu
Portuqaliya yığmasının mundialda çıxışını 1/4 finalda dayandırması Fernando Santuşun baş məşqçi vəzifəsindən ayrılmasını qaçılmaz etdi.

Football-plus.az xəbər verir ki, Mərakeşə məğlubiyyət (0:1) onun milli komandada 2014-cü ildən başlayan fəaliyyətinə son qoydu.

68 yaşlı mütəxəssis bu müddətdə Portuqaliyanı AÇ-2016-da və Millətlər Liqasının 2018/19 mövsümündə qələbəyə daşımışdı.