Bu gün DÇ-2022-in 1/4 final mərhələsinin 3-cü oyunu keçirilib.
Football-plus.az xəbər verir ki, Mərakeş Portuqaliya ilə qarşılaşıb. Qarşılaşma ərəb ölkəsinin 1:0 hesablı qələbəsi ilə başa çatıb. Yarımfinala vəsiqə qazanan Mərakeş bu nəticəni əldə edən ilk Afrika ölkəsi olub.
Qeyd edək ki, komandanın rəqibi Fransa-İngiltərə duelinin qalibi olacaq.