"Atlas şirləri" Afrika ölkələri arasında maksimum irəli getməklə tarix yazdı. Onlar mundialda 4-cü oldular. Mərakeş millisinin çıxışıyla bağlı təcrübəli Sənan Qurbanovun fikirlərini öyrəndik:
"Mərakeş millisi mundialın sürpriz komandası oldu. Heç kim Afrika təmsilçisindən belə performans gözləmirdi. Ehtiyatlı oynayan, düşünülmüş hücumlar quran, maksimum top saxlamağa çalışan, nizam-intizamlı kollektivdi. Məşqçi işi və futbolçuların vəhdəti hiss olunur. Bunun nəticəsidi ki, Portuqaliya və İspaniya kimi futbol nəhənglətərini də mübarizədən kənarlaşdırdılar. Fransaya qarşı da əzmkar oynadılar. Düşünürəm ki, "xoruzlar"a qarşı 5 müdafiəçiylə oynamaq düzgün deyildi. Bəlkə də bununla oyunu əlavə vaxta daşımağı düşünürdülər. Amma fransızlar ilk qolu vurandan sonra Mərakeş millisi erkən əvəzetmə ilə yenidən 4-lü müdafiəyə keçdi. Məncə, əvvəldən belə oynamalıydılar. Afrikalılar sona qədər döyüşdülər, amma təcrübə, səviyyə yenə sözünü dedi və yekunda fransızlar 2:0 qalib gəldi. İstənilən halda, Valid Reqraqi yaxşı komanda formalaşdırıb və Mərakeş millsi xoş sözlərə layiqdi".
ABDULLA İSMAYILOĞLU



