Şübhəsiz, “ilin oyunçusu” adına birmənalı şəkildə Lionel Messi layiqdi.
Football-plus.az xəbər verir ki, ulduz futbolçu 35 yaşında Qətərin stadionlarında meydana çıxdığı 7 oyunda 7 qol vurdu, komandasının kapitanı və lideri funksiyalarının öhdəsindən məharətlə gəldi. Messi 5 dünya çempionatında məhsuldar fəaliyyəti ilə seçilən ilk oyunçu kimi tarixə düşdü. Və ən əsası, başı üzərində uzun müddət “Domokl qılıncı” kimi dayanan dünya çempionu ola bilməməklə bağlı çatışmazlığı aradan qaldırdı! Maraqlı fakt kimi DÇ-2022-nin ən yaxşı oyunçusu seçilən Messinin əsas yığma ilə ilk titulunu bir il əvvəl Amerika Kubokunda qazandığını da bildirək. O, karyerası boyunca buna görə də az tənqidə məruz qalmamışdı...