Messi mövsümün oyunçusu siyahısında namizəd ola bilmədi

4.05.2022 20:30 422
Dünya futbolu
Futbol üzrə Fransa çempionatında 2021/2022 mövsümünün ən yaxşı oyunçusu adına namizədlər açıqlanıb.

"Football-plus.az" xəbər verir ki, PSJ-nin ulduz futbolçuları Lionel Messi və Neymar siyahıdan kənarda qalıb.

Əvəzində Paris təmsilçisindən Kilian Mbappe, Monaco-dan Vissam Ben-Yedder, Marseille-dən Dmitri Payet, Lyon-dan Lukas Paketa və Renn-dən Marten Terrye namizədlər sırasında yer alıblar.

Qeyd edək ki, qalibin adı mayın 15-də bəlli olacaq.