Football-plus.az xəbər verir ki, Böyük Britaniya telekanalının təsis etdiyi mükafat il ərzində dünya səviyyəsində ən mühüm uğura imza atmış idmançıya təqdim olunur. Messi Argentina millisi ilə DÇ-2022-nin qalibi olub və turnirin ən yaxşı oyunçusu seçilib.
Messi ilə bağlı yayılan bu xəbər də maraqlıdı. Onun şəkli Argentina əskinaslarında yerləşdirilə bilər. Bu məlumatı “El Financiero” nəşri yayıb. Deyilənə görə, Argentina Milli Bankının rəsmiləri yığmanın dünya çempionatında qazandığı tarixi nailiyyəti əbədiləşdirmək üçün müxtəlif variantları nəzərdən keçirir.
Ehtimal edilir ki, Messinin şəkli 1000 peso əskinasın üzərində çap olunacaq. Bu, əskinasın nominalının Argentina millisinin kapitanının oyun nömrəsi olan “10” ilə başlaması ilə bağlıdı. Arxa tərəfdə isə milli komandanın baş məşqçisi Lionel Skaloninin ləqəbi olan “La Scaloneta” yazısı yerləşdirilə bilər.
Yeri gəlmişkən, PSJ-nin prezidenti Nasser Əl-Xelayfi klubun Kilian Mbappe və Lionel Messi ilə bağlı planlarından danışıb. O, Fransa mətbuatına belə açıqlama verib:
“Əlbəttə, Messi və Mbappeni sıralarımızda saxlamaq istəyirik. Biz dünya çempionatının ən yaxşı oyunçusu ilə bombardiri haqda danışırıq. Lionel haqqında daha heç nə deməyəcəm. Yeni danışıqlar üçün planımız var”.
Xatırladaq ki, Mbappenin PSJ ilə müqaviləsinin müddəti 2025-ci ilin yayına qədər qüvvədədi. Messi isə müqavilə ilə kluba 2023-cü ilin yayınadək bağlıdı.



