Yaponiya Futbol Federasiyası (YFF) yığmanın baş məşqçisi Hadzime Moriyasu ilə müqaviləni yeniləyib. Məlumatı qurumun rəsmi saytı yayıb.
54 yaşlı mütəxəssislə əməkdaşlığın müddəti 2026-cı ilə qədər uzadılıb. Moriyasu Yaponiya millisinə Rusiyada keçirilən DÇ-2018 başa çatandan sonra təyinat alıb. Komanda DÇ-2022-də qrupdan çıxsa da, Xorvatiyaya əsas və əlavə vaxtı 1:1 hesabı ilə bitən 1/8 final matçından sonrakı penalti seriyasında uduzmuşdu (1:3).