"Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi" - "Vestri"nin baş məşqçisi

9.07.2026 23:26 23
Manşet / Avrokuboklar
Avropa Liqasında mübarizə aparan “Qarabağ” bu gün Tofiq Bəhramov adına Respublika Stadionunda “Vestri”ni qəbul və darmadağın etdi.

Oyundan sonra qonaqların baş məşqçisi Daniel Osafu-Bado jurnalistlər önünə çıxdı:

- Oyun bizim üçün çətin keçdi. “Qarabağ” keyfiyyətli oyun göstərdi. Oyunçularımın göstərdiyi peformansdan razıyam. Yaxşı müdafiə olunduq. Öz səhvimizdən 3 qol buraxdıq. Ümumən oyunçularımdan razı qaldım. “Qarabağ” çox fantastik oyun nümayiş etdirdi. Bəzi məqamlarda yaxşı iş gördük. Oyundan öncə “Qarabağ”ın bizə 10 qol vuracağı söylənilirdi. Sadəcə, 3 top buraxdıq. İlk hissədə yalnız bir qol buraxsaydıq, daha fərqli ssenari yazılardı.

- Oyunçularınızdan razı qaldığınızı söylədiz? Daha böyükhesablı məğlubiyyət gözləyirdiz?
- Xeyr. Nəticədən razı qalmağım kimi başa düşülməsin. Mən oyuçularımdan razı qaldım

- Növbəti matçda nələri dəyişmək istəyərdiz?
- Növbəti matça qədər hələ vaxtımız var. Topla oyunu və oyunçu keyfiyyətimizi artırmalıyıq.

- Son üç matçda iki heç-heçə, bir məğlubiyyət almağınız “Qarabağ”la oyuna hazırlaşmağınıza görə oldu?
- Xeyr, bununla bağlı deyil. “Qarabağ”la matç bizim üçün bonusdu. Bizim üçün vacib olan yerli çempionatdı, ora fokuslanmışıq.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul