Azərbaycan UEFA reytinqində neçəncidi?

9.07.2026 10:31 23
Avrokuboklar
Azərbaycan UEFA ölkə reytinqində xal hesabını artırıb.

"Football-plus.az" xəbər verir ki, bu, Avropa kuboklarının 1-ci təsnifat mərhələsində “Sabah”ın Çempionlar Liqasında "Nyu Seynts" (Uels), “Zirə”nin isə Konfrans Liqasında “Torpedo” (Gürcüstan) üzərindəki qələbəsi sayəsində mümkün olub. Bu oyunlardan sonra Azərbaycanın cari mövsümdəki əmsalı 0.500-ə yüksəlib.

Hazırda son 5 mövsümün nəticələrinə əsasən Azərbaycanın ümumi əmsalı isə 19.062-di. Bu göstərici ilə ölkəmiz UEFA ölkə reytinqində 26-cı pillədə qərarlaşıb.

Qeyd edək ki, 25-ci sırada yer alan İsrailin 20,750 əmsalı var.

Bu gün keçiriləcək Avropa Liqasının “Qarabağ” - “Vestri” matçında Ağdam təmsilçisi müsbət nəticə qazansa, bu da ölkəmizin xal ehtiyatının artmasına səbəb olacaq.

Reytinqə əvvəlkitək İngiltərə (101,852 əmsal) başçılıq edir.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul