"Kəpəz"də növbəti ayrılıq

9.07.2026 20:15 21
Ölkə futbolu
"Kəpəz" futbolçusu Olavale Onanuqa ilə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, tərəflər başa çatan müqaviləni yeniləməmək qərarına gəlib.

Xatırladaq ki, ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 30 oyun keçirən 28 yaşlı yarımmüdafiəçi 1 dəfə rəqib qapısına yol tapıb.

"Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərov və Ehtiram Şahverdiyevlə vidalaşıb.