Millimiz Gürcüstanı darmadağın etdi

9.07.2026 11:30 9
Ölkə futbolu
Gürcüstanın Batumi şəhərində təlim-məşq toplanışında olan Azərbaycanın çimərlik futbolu üzrə millisi növbəti yoxlama oyununa çıxıb.

"Football-plus.az" xəbər verir ki, yığmamız Gürcüstan seçməsini 6:0 hesabı ilə məğlub edib. Komandamızın heyətində Orxan Məmmədov üç, Elşad Manafov iki, Sahib Məmmədov isə bir dəfə fərqlənib.

Tərəflər arasında ikinci yoldaşlıq görüşü iyulun 10-da keçiriləcək.

Batumidə baş tutan yoxlama oyunları iyulun 15-19-da təşkil olunacaq Avropa çempionatına hazırlıq çərçivəsində keçirilir.