“Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?

8.07.2026 22:17 108
Manşet / Avrokuboklar
“Qarabağ” növbəti ayrılıq ərəfəsindədi. Belə ki, ağdamlıların kolumbiyalı ulduzu Kamilo Duran “Seltik”lə anlaşıb. Artıq şotlandiyalıların baş məşqçisi də bu barədə açıqlama verib. “Qarabağ” 24 yaşlı hücumçunu satmaqla 5,5 milyon funt sterlinq qazanacaq.

Bəs Avropa Liqasının qrupuna düşmək istəyən komandanın liderlərindən birini satması nə dərəcədə doğru addımdı? “Football-plus.az” olaraq, bu suala cavab tapmaq üçün menecer Erkin İbrahimovla danışdıq:

“Futbolçuya dəyərindən artıq məbləğ təklif olunursa, niyə də keçid baş tutmasın?! Bu gün bəlkə Duranı itirə bilərlər, sabah ondan daha yaxşı futbolçu gələr. “Qarabağ”a gələn oyunçular “Krosnodar”a, “Ferentsvaroş”a, “Flamenqo”ya, “Seltik”ə gedir. Bu həm klub, həm də ölkə imici baxımından çox vacibdi. Bildiyimə görə, Qurban Qurbanovun da bir prinsipi var. O da düz prinsipdi ki, gedəni saxlamazlar. Çünki karyeranın önünü də kəsmək olmaz. Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki. “Seltik” kimi komandadan ömründə bir dəfə təklif gəlir. Futbolçunu buraxmasan, istər-istəməz formasında eniş olacaq. Belə transfer nə qədər çox olsa, bir o qədər ölkə futbolunun xeyrinədi. Bəlkə bu mövqedə oyunçunu itirəcəksən, amma əvəzində pul qazanacaqsan. Futbolçunun gedişi ilə klubun nəticəsi pis olacaq – belə yanaşmaq olmaz”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul