"Şəfa" niderlandlı oyunçu transfer etdi

9.07.2026 16:01 21
Ölkə futbolu
“Şəfa” növbəti transferini reallaşdırıb.

"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.

Paytaxt təmsilçisi yarımmüdafiəçi Dilan Mertensi heyətinə qatıb. 30 yaşlı niderlandlı futbolçu ilə 1 illik müqavilə imzalanıb.

Mertens son olaraq ölkəsində “Telstar”ın üzvü olub. O, karyerası ərzində Niderlandın “TOP Oss” və “Volendam” komandalarının formasını geyib. Dilan eyni zamanda Rusiyanın “Fakel” (Voronej), Bolqrasıtanın “Botev” (Polivdiv) və “Sarsko Selo” klublarında legioner həyatı yaşayıb.

"Şəfa" yay fasiləsində Məmməd Hüseynov, Arsen Ağcabəyov, Rauf Hüseynli, Nicat Mehbalıyev, Murad Musayev və Vlad Marian Pop və Andrey Fernandu Draqunu da transfer edib.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul