Kroosla bağlı bugünlərdə məzəli bir olay yaşanıb.
İspaniyalı xanım jurnalist Kristina Kubero ölkənin məşhur TV şoularından olan “El Chiringuito”nun canlı yayınında son mundialı təhlil edərkən Almaniya yığmasının uğursuz çıxışında Kroosun da günahkar olduğunu bildirib. 54 yaşlı bu xanım “Real”ın üzvünün mundialı çox zəif keçirdiyini və DÇ-2022-nin ən pis oyunçularından biri olduğunu vurğulayıb. Məsələni məzəli edən məqam odu ki, Kross yığma karyerasını ilyarım öncə bitirib və son mundialda iştirak etməyib. O, hadisəyə yumor hissi ilə yanaşaraq “tvitter”də “bilirdim ki, sonda kimsə yenə məni günahlandıracaq” tvitini paylaşıb və gülüş smayliki qoyub. Sonradan Kubero bu yanlışlığına aydınlıq gətirib. Sən demə, o, Kroosu “Bavariya”lı Tomas Müllerlə səhv salıb! Ümumiyyətlə, Kubero “Bavariya”nın bütün almaniyalı üzvlərinin DÇ-ni zəif keçirdiyini vurğulamaq istəyib. Kroos da sabiq “Bavariya”lı olduğu üçün onu da səhvən bu oyunçuların arasına qatıb. Bu xanım səhvini anlayaraq Kroosdan üzr istəyib və insan kimi ona heyranlıq duyduğunu etiraf edib.