Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama

9.07.2026 14:33 147
Ölkə futbolu / Aktual
Çempionlar Liqasında debüt edən “Sabah”ın iştirak ərizəsini diqqətinizə çatdırmışdıq.

Maraqlıdı ki, ərizədə “bayquşlar”ın gənc hücumçusu Xəyal Əliyevin adı yoxdu. Düzdü, futbolçu Azərbaycan və Malta yığmaları arasında keçirilən yoxlama oyununda zədələnmişdi. Futbolçu arxa bud əzələlərinin ümumi vətərinin tam qopması səbəbindən Madriddə cərrahi əməliyyat keçirmişdi. Lakin bu zədənin Xəyalın iştirak ərizəsinə salınmasına mane olacağı gözlənilmirdi.

Bəs, klub bu addımı nə ilə izah edir?

“Football-plus.az”ın sualını “Sabah”ın mətbuat xidmətinin rəhbəri Elnur Həmidov cavabladı:

“Bəli, Xəyal Əliyev zədəsi ilə bağlı bir neçə həftə komandaya kömək edə bilməyəcək. Amma məşqlərə başlayandan sonra adı iştirak ərizəsinə əlavə ediləcək”.

KƏNAN BAHADIR

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul