“İmişli” skautinq departamentinin rəhbəri vəzifəsinə beynəlxalq təcrübəyə malik futbol funksioneri Rəsul Allahverdiyevi təyin edib.
UEFA ASSIST proqramlarının məzunu olan Rəsul Allahverdiyev Azərbaycan, Ukrayna və Türkiyədə skautinq, futbol idarəçiliyi, oyunçu seçimi və inkişafı sahələrində uzunillik təcrübəyə sahibdi.
O, peşəkar fəaliyyəti dövründə müxtəlif klublarda skaut, idman direktoru, klub prezidenti və baş məsləhətçi kimi çalışıb.