"Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov

8.07.2026 23:10 21
Avrokuboklar / Manşet
"Zirə"nin baş məşqçisi Rəşad Sadıqov Konfrans Liqasının 1-ci təsnifat mərhələsinin ilk oyununda Gürcüstan "Torpedo"su üzərində qazanılan 3:0 hesablı qələbəni şərh edib.

"Football-plus.az" xəbər verir ki, mütəxəssis bildirib ki, rəqibin heyətində keyfiyyətli futbolçular var:

“Rəqibin heyətində yaxşı oyunçular var, komanda olaraq da bizdən daha hazırlıqlı idilər. Onlara qarşı durmağa çalışdıq və bu alındı. Daha çox qol vura bilərdik”.

Baş məşqçi buna baxmayaraq, qarşılaşmanın heç də asan keçmədiyini vurğulayıb:

“Düşünürəm ki, bu gün “Torpedo” da qalib gələ bilərdi. Futbol elə oyundu ki, 10-15 dəqiqə ərzində inanılmaz hadisələr baş verir”.

Rəşad Sadıqov cavab matçının önəmini də qeyd edib və komandanın arxayınlaşmamalı olduğunu bildirib:

“Qarşıda vacib cavab oyunu var. Həmin görüşə ciddi hazırlaşmalıyıq. Mərhələni keçmək üçün əlimizdən gələni etməliyik. Bütün rəqiblərə hörmətlə yanaşırıq”.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul