"Sumqayıt"ın baş məşqçisi portuqaliyalı oldu

9.07.2026 19:35 25
Ölkə futbolu
“Sumqayıt”ın yeni baş məşqçisi məlum olub.

"Football-plus.az" xəbər verir ki, “Sumqayıt” portuqaliyalı mütəxəssis Filipe Kandido ilə 1 illik müqavilə imzalayıb.

Bu gün klubun təsisçisi və baş sponsoru olan “Azərikimya” İB-nin ofisində təşkilatın baş direktoru və klubun Müşahidə Şurasının sədri Elnur Məmmədli yeni baş məşqçini qəbul edib.

Sədr portuqaliyalı mütəxəssisə xatirə hədiyyələri təqdim edib qarşıdakı mövsümdə işlərində uğurlar arzulayıb.

Filipe Kandido artıq klubun infrastruktur şəraiti ilə tanış olub. Portuqaliyalı mütəxəssisə klub rəsmiləri tərəfindən ev oyunlarımızı keçirdiyimiz Mehdi Hüseynzadə adına Sumqayıt şəhər stadionu və “SOCAR Polymer” təlim-məşq mərkəzinin meydançaları təqdim olunub.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul