İcraçı direktor getdi, mətbuat katibi qaldı – “elitaya vəsiqə qazanmağı çox istəyirəm”

9.07.2026 18:19 65
Ölkə futbolu / Aktual
Mirzə Bayrampur “Səbail”in prezidenti olandan sonra kadr dəyişiklikləri gözlənilirdi ki, belə də oldu.

İcraçı direktor Firuz Abdulla artıq klubdan ayrılıb. Onunla eyni vaxtda mətbuat katibi kimi çalışmağa başlayan Rəşad Məmmədov isə fəaliyyətini davam etdirəcək.

Bəs klub onu hansı dəlillərlə qalmağa inandırıb? Məmmədovun “Football-plus.az”a cavabı:

“İlk növbədə yeni rəhbərliyə göstərdikləri etimada görə təşəkkür edirəm. “Səbail”də çalışdığım üç mövsümdə əlimdən nə gəlirsə, etmişəm, heç şübhəsiz, yenə də bu klubun uğurları üçün əməyimi əsirgəməyəcəm. “Səbail”lə yenidən premyer-liqaya vəsiqə qazanmağı çox istəyirəm, klub olaraq, bunun öhdəsindən gələcəyimizə çox inanıram”.

İSRAYIL XEYRULLAYEV