“Zirə”nin potensial rəqibləri qarşılaşdı

9.07.2026 22:53 40
Avrokuboklar
Konfrans Liqasında 1-ci təsnifat mərhələsinin oyunları keçirilir.

"Football-plus.az" xəbər verir ki, Litva “Hegelmann”ı Estoniya “Payde”sini qəbul edib. Matç 1:1 hesablı heç-heçə ilə bitib. Qolları meydan sahiblərindən Vilyus Armanavyiçus (45+1), qonaqlardan isə Abdurahman Badamusi (37) vurublar.

Komandalar arasında cavab görüşü bir həftədən sonra olacaq.

“Zirə” 2-ci təsnifat mərhələsinə adlasa, orda məhz bu cütlüyün qalibi ilə rastlaşacaq.

1-ci təsnifat mərhələsinin ilk oyununda “Zirə” Gürcüstan “Torpedo”sunu 3:0 hesabı ilə məğlub edib.