Lionel Skaloni Argentina yığmasını daha bir neçə il çalışdıracaq.
Football-plus.az xəbər verir ki, aş məşqçi ilə müqavilənin müddəti uzadılıb.
Argentina Futbol Assosiasiyasının rəsmi saytının məlumatına görə, Skaloni ilə əməkdaşlığın müddəti 2026-cı ilin yayına qədər artırılıb. 44 yaşlı mütəxəssis Argentina millisini 2018-ci ilin avqustundan çalışdırır. O, ötən 4 ildə komandanı 49 oyuna çıxarıb. Bu oyunlarda 33 qələbə qazanan “albiselesta” yalnız 4 dəfə uduzub. İkiqat dünya çempionunun müxtəlif turnirlərdə son 35 matçda məğlub olmadığını da bildirək.