“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?

9.07.2026 14:02 105
Aktual / Ölkə futbolu
Premyer-liqanın debütantı “Şəfa”nın hazırlıq planında dəyişiklik olub.

Belə ki, Qəbələdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı ləğv olunub. Komanda orda yoxlama oyunları da keçirəcəkdi. Amma bakılılar hazırlığı elə Bakıda davam etdirəcək. Klub bu haqda rəsmi hesablarında məlumat verib.

Bəs son anda belə addım atmağa nə səbəb olub? Yoxlama oyunlarındakı rəqiblər dəyişəcək?

“Football-plus.az”ın suallarına klubun mətbuat katibi Heybət Məmmədov cavab verdi:

“Klub olaraq, Qəbələ toplanışının yüksək səviyyədə təşkili üçün əlimizdən gələni etdik. Komandanın məskunlaşacağı oteli də müəyyənləşdirmişik. Lakin məşqçilər heyəti tərəfindən əvvəlcədən müəyyənləşdirilən məşq proqramına uyğun meydança tapa bilmədiyimizə görə Qəbələ toplanışının ləğvinə qərar verdik. Rəqiblərdən üçü dəqiqdi, oynayacağıq. “Sumqayıt”la bağlı vəziyyəti bilmirik. Matçların harada keçiriləcəyi bəlli deyil”.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul