“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?

9.07.2026 11:02 68
Avrokuboklar / Aktual
“Sabah” srağagün Çempionlar Liqasında ilk oyuna çıxdı və qələbə qazandı. Çoxları Azərbaycan çempionundan daha böyükhesablı qələbə, hətta mərhələnin taleyinin elə ilk oyunda həll olunmasını gözləyirdi. Amma belə olmadı. “Bayquşlar” “Nyu Seynts”lə oyunda təvazökar qələbə ilə kifayətləndi.

Bildiyiniz kimi, “Sabah” 2023/24 mövsümündə Konfrans Liqasında evdə “Partizan”a 2:0 qalib gəlsə də, səfərdə bu üstünlüyü əldən vermişdi. Odu ki, azarkeşlərdə tarixin təkrarlanacağı qorxusu var. Görəsən, “Sabah” niyə təravətli görünmədi, çempionun oyununda nə çatışmadı?

“Football-plus.az”ın sualına Mahmud Qurbanov cavab verdi:

“Rəqib çox güclü olmasa da, “Sabah” üçün çətin oyun oldu. Hələ çempionat başlamayıb. Təlim-məşq toplanışından sonra “bayquşlar”ın ilk rəsmi oyunu idi. İndiki vəziyyətdə oyunçuların ideal formada olması mümkün deyil. Bir neçə matçdan sonra bu da olacaq. 1-ci hissədə istər Maluda, istər Simiç, istərsə də Mikels bir çox qol imkanını boşa verdi. Cavab matçına yaxşı əhvali-ruhiyyə ilə yollanırlar. İnanmıram ki, “Partizan”la olan ssenari təkrarlana. Sabiq rəqibimiz Serbiyanın ən yaxşı iki klubundan biridi. “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür”.

Xatırladaq ki, cavab görüşü iyulun 14-də keçiriləcək.

İSRAYIL XEYRULLAYEV

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul