"Football-plus.az" xəbər verir ki, bu barədə 16 yaşlı hücumameyilli yarımmüdafiəçi sosial şəbəkə hesabında paylaşım edib.
U-21 millimizin üzvü 2-ci bundesliqa təmsilçisi ilə sözləşmə imzaladığı üçün qürur hissi keçirdiyini vurğulayıb:
“Etimada görə təşəkkür edirəm. “Herta” ilə ilk peşəkar müqaviləmi imzaladığım üçün qürur duyuram. Qarşıdakı dövrü səbirsizliklə gözləyirəm”.
Raul Süleymanov "Herta”nın gənclərdən ibarət komandasında çıxış edirdi.





