Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”

8.07.2026 20:46 144
Ölkə futbolu / Aktual
Birinci liqanın iddialılarından “Səbail”in artıq yola yeni sponsor və yeni prezident ilə davam edəcəyini bilirsiz.

Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi (ASCO) klubla işbirliyinə son qoyandan sonra borclar üst-üstə yığılmışdı. Artıq klub prezidenti vəzifəsini Mirzə Bayrampur tutur. Onun gəlişi 2023-cü ilin iyulundan bəri “Səbail”in icraçı direktoru vəzifəsində çalışan Firuz Abdullanın gedişi ilə müşayiət olundu.

“Football-plus.az” Firuz bəylə əlaqə saxlayıb, ayrılığın səbəbini soruşub:

“Bu suala cavab vermək üçün müəyyən zamana ehtiyac var. Sənədlərin təsdiqi ilə bağlı müvafiq strukturlardan xəbər gözləyirik. Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar. Gələn həftəyə qədər gözləyək”.

İSRAYIL XEYRULLAYEV