Samokun yeni klubu bilindi

9.07.2026 16:40 27
Dünya futbolu
“Turan Tovuz”dan ayrılan Sergey Samokun yeni klubu məlum olub.

"Football-plus.az" xəbər verir ki, rusiyalı qolkiper karyerasını ölkəsində davam etdirəcək.

O, 1-ci liqada çıxış edən “Veles”ə keçib. Klubun mətbuat xidməti Semakla 1 illik müqavilə imzalandığını açıqlayıb.

Samok ötən mövsüm “Turan Tovuz”la 32 oyuna çıxıb. O, 12 matçda qapısını toxunulmaz saxlayıb.