“Çelsi” heyətinə daha bir futbolçu qatıb.Football-plus.az xəbər verir ki, londonlular “Molde”nin hücumçusu David Fofananı rənglərinə bağlayıb. Bunu klubun mətbuat xidməti açıqlayıb. Forvard komandaya 2023-cü ilin iyulunda qoşulacaq.