"Çelsi" heyətini gücləndirmək üçün çalışmalarını davam etdirir.
Football-plus.az xəbər verir ki, "zadəganlar" "İnter"in gənc üzvü Çezare Kasadei üçün yeni təklif hazırlayır. Klubun ingiltərəli sahibi Todd Boli oyunçu ilə bu həftə müqavilə bağlamaq istəyir.
"Nerazzurri" futbolçu üçün 15 milyon avrodan çox istəyir və "Çelsi"nin iki təklifini rədd edib.