• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Haci Mərakeşin uğurunun sirrini açıqladı

DÇ

25-12-2022, 15:0

Mərakeş yığmasının yarımfinala qədər yol qət etməsi DÇ-2022-nin ən gözlənilməz faktı oldu.

Mustafa Haci vaxtilə 11 il (1993-2004) formasını daşıdığı, DÇ-1994 və DÇ-1998-də şərəfini qoruduğu komandanın uğurunun sirrini “Sport-Ekspress” qəzetinə müsahibəsində açıqlayıb. Milli formada 63 oyuna 12 qol vuran 51 yaşlı sabiq yarımmüdafiəçi yığmanın uğurlu çıxışını davam etdirəcəyinə inanır.

- Mərakeşin 3-cü yer uğrunda oyununu necə dəyərləndirirsiz?
- Bir qədər məyusuq (komanda Xorvatiyaya 1:2 hesabı ilə uduzub – red.). Təəssüf ki, zədəlilərin çoxluğu nəticəyə təsirini göstərdi. ümumiyyətlə, komandamız Xorvatiya ilə matçı nominal mərkəz müdafiəçisi olmadan başa vurdu. Amma futbolçular turnirdə maksimum güc sərf etdilər və bütün qəlbi ilə oynadılar... Heç kim bizim Belçika, İspaniya və Portuqaliyaya qalib gələcəyimizi gözləmirdi. Mərakeş yığması bütün dünyaya səs saldı!

- Belə uğurlu çıxışın sirri nədə idi?
- Uğurun sirri sadədi: paltardəyişmə otağında ailə ab-havası hökm sürürdü. Oyunçular bir hədəf ətrafında birləşmişdilər. Onlar hədəfə çatmaq üçün bir-birinə həm meydanda, həm də ondan kənarda kömək edirdilər. Əlbəttə, bürünc medalları qazanmaq istərdik. Amma həlledici oyunlarda zədə amili sözünü dedi... Futbolda belə hal olur. İstənilən halda futbolçularımıza “afərin” düşür, onlar dünya çempionatında xarakter nümayiş etdirdilər. Qeyd edim ki, Mərakeş yığmasının 80 faizi gənclərdi. Bu fakt komandanın gələcəyindən xəbər verir. Biz belə oyunçu nəsli ilə dünyanı çevirməyə qadirik!

- Hamı Amrabatın oyununa valeh olub.
- Bu oğlanın böyük enerjisi var: o, hər top uğrunda mübarizə aparır, həm irəlidə, həm də arxa xətdə yorulmadan çalışır, oyun ərzində böyük həcmdə işlər görür. Yığmanın bütün oyunçuları ondan ilham alırlar. Amrabat məndə böyük təəssüratlar oyadıb.

- DÇ-1998-də Mərakeş millisinin qəhrəmanı olmusuz. Həmin komandanı indiki ilə müqayisə edə bilərsiz?
- Bu komandaları eyniləşdirən amil var. Mərakeş yığması 1998-ci ildə də bir ailə kimi idi. Komandada hamı bir-birinə kömək edir və enerjisinin 100 faizini meydanda sərf edirdi. Belə kollektivçiliyi Qətərdə xorvatlarla qrupda keçirdiyimiz ilk oyundaca görmüşdüm. Əlbəttə, baş məşqçi Valid Reqraqinin zəhmətini də qeyd etməliyəm. Ziyeş ilə Mazrauini komandaya o qaytardı. Unikal oyun üslubunu tətbiq etdi və futbolçularda məşqçi üçün mübarizə aparmaq hissini oyatdı. Hərçənd Reqraqi komanda üçün yalnız məşqçi deyil... O, oyunçular üçün böyük qardaş kimidi! Dünya çempionatındakı uğurumuzda daha bir amil azarkeşlərdi. Fanatlarımızın Qətərdə yaratdıqları atmosferi heç vaxt görməmişdim. Bu, inanılmaz mənzərə idi! Yaxşı komandamız var, amma azarkeşlərin yığmaya çox təsiri oldu: Mərakeşi yarımfinala məhz onlar daşıdılar.

- Fransa ilə oyuna qədər komandanı finalda təsəvvür edirdiniz? Və ya əvvəlcədən hadisələrin belə gedişini görmürdünüz?
- Əlbəttə, inanırdıq! Bu inam bizdə süsusilə də Belçika, İspaniya və Portuqaliya üzərindəki qələbələrdən sonra yaranmışdı. Əvvəllər Fransa ilə çox qarşılaşmışdıq, bu səbəbdən rəqibi yaxşı tanıyırdıq. Onların oyun üslubu hardasa bizimkini xatırladır. Təəssüf ki, Fransaya uduzduq. Bu rəqibə erkən qol vurmursansa, sonrakı dəqiqələr sənin üçün daha ağır keçəcək. Fransızlar bizimlə oyuna son çempion kimi çıxmışdılar... Bununla belə, onlara qarşı ləyaqətlə mübarizə apardıq, Fransaya kifayət qədər problemlər yaratdıq. Üstəlik, fikrimcə, Mərakeş yığması fransızları elə dolaşığa saldı ki, hər kəs bizimlə hesablaşmalı olduğunu anladı. Biz Qətəri başıuca tərk etdik. Üzərimizdə işləməyə davam etməli və hazırkı formanı növbəti dünya çempionatına qədər qoruyub saxlamalıyıq.

- Mərakeş yığması Ronaldonun Portuqaliya yığmasındakı karyerasına son qoydu.
- Kriştiano istənilən halda böyük oyunçu kimi qalacaq. Ona görə təəssüflənirəm, belə böyük adamların ağlamasını görmək həmişə çətindi. Onu bir futbolçu kimi çox sevirəm! Bəli, Kriştianonun yığma karyerasının finalı məyusedici oldu. Amma bu futboldu! Onun peşəkar karyerasını sakitcə başa vuracağı klub tapacağına ümid edirəm.

- Hamı Mərakeşin hər oyunundan sonra azarkeşlərinizin canfəşanlığının şahidi olurdu. Vətəndaşlarınız milli komandaya görə ağlını nə dərəcədə itirirlər?
- Mərakeşlilərin iki dini var: İslam və futbol. Bu normaldı. Biz harda olmağımızdan asılı olmayaraq, ölkəmizə pərəstiş edirik. Və tennisçi, ya da futbolçu olsun, Mərakeşin hər bir təmsilçisinin istənilən uğurunu böyük coşğu ilə bayram edirik. Uğurun hansı sahədə qazanıldığı vacib deyil! İspaniya və Fransada yaşayan çox tanışlarım var. Onlar küçələrə çıxaraq komandamızın qələbələrini qeyd edirdilər. Amma biz heç vaxt özümüzü aqressiv aparmamışıq, həmişə başqa ölkələrin təmsilçilərinə hörmət etmişik. Məsələn, özüm Fransada böyümüşəm. Bu komandaya yarımfinalda qalib gəlsəydik, mən də qələbəni böyük ehtirasla bayram edərdim. Belçika, Portuqaliya və digər ölkələrdə qələbələrimizə görə sevinən həmvətənlərimizi görmək çox xoş idi. Hə, bir sıra şəhərlərdə arzuolunmaz hadisələr də baş verdi. Hamımız adamıq və hərdən azarkeşləri bəzi insidentlərə görə bağışlamaq lazımdı.

- Növbəti dünya çempionatı üç ölkədə - ABŞ, Kanada və Meksikada təşkil ediləcək.
- Mən ABŞ-da keçirilən DÇ-1994-ün iştirakçısı olmuşam. Həmin turnir yüksək səviyyədə təşkil olunmuşdu! Amerikalılar, kanadalılar və meksikalılar Qətərdə yaxşı çıxış etdilər. Onların komandalarının oyununu izləmək mənim üçün xoş idi. Növbəti dünya çempionatına gəlincə, bunu əminliklə deyə bilərəm: Mərakeş yığması Qətərdəki uğurunu təkrarlamağa hədəflənib və artıq DÇ-2026-ya getməyə hazırlaşır.

Paylaş:
Digər xəbərlər

DÇ

22-12-2022, 14:0

Mükafatı yardım üçün ayırdılar

DÇ / Manşet

18-12-2022, 16:0

Sənan Qurbanov: “Mərakeş millisi mundialın sürpriz komandası oldu”

DÇ

6-12-2022, 15:0

Hakimi Mərakeşi niyə seçdiyini dedi

Manşet / Yazarlar

13-12-2022, 11:0

Argentinanın yarımfinal seriyası davam edəcəkmi? - STATİSTİK TƏHLİL

Aktual
“Qarabağ” “qum saatı”nı qurdu - yenə nə olub?
Emin Mahmudov “Neftçi”dən gedir?
“Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
“Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
Son xəbərlər
  • Dünən, 23:59
    “Həmişə futbolçularıma deyirəm ki, hər oyun…” – Andrey Demçenko
  • Dünən, 23:40
    Nəhayət, Qvardioladan ayrılacaq
  • Dünən, 23:18
    "Bəzi şeylər keçən ilə baxanda daha yaxşıdı" - Azər Bağırov
  • Dünən, 23:07
    “Qarabağ” “qum saatı”nı qurdu - yenə nə olub?
  • Dünən, 22:44
    Finalda şou təşkil ediləcək
  • Dünən, 22:19
    “Şamaxı” - “Turan Tovuz” oyununda hakim dəyişikliyi
  • Dünən, 22:15
    Emin Mahmudov “Neftçi”dən gedir?
  • Dünən, 21:27
    "Qəbələ" və "Araz-Naxçıvan" qələbə qazandı - YENİLƏNİB
  • Dünən, 21:07
    Karrik üçün gözlənilən qərar
  • Dünən, 20:37
    Peres postunu qorumağa çalışacaq
  • Dünən, 20:04
    “Çox üzgünəm, amma həyat davam edir” – Fizuli Məmmədov
  • Dünən, 19:43
    “Çünki onların qiyməti artıq bahadı” – Kaxaber Sxadadze
  • Dünən, 19:27
    Klubunda 17 illik çıxışını başa vuracaq
  • Dünən, 18:57
    “Şəfa” çempion oldu, "Səbail" xal itirdi - YENİLƏNİB
  • Dünən, 18:35
    "Araz-Naxçıvan" - "Kəpəz": START HEYƏTLƏRİ
  • Dünən, 18:21
    “Fənərbaxça”da yenidən Əziz Yıldırım dönəmi başlaya bilər
  • Dünən, 18:03
    “UFC Bakı”nın iştirakçıları və bilet qiymətləri - FOTO
  • Dünən, 17:35
    “Finalda “Qarabağ” olsaydı, fərqli mənzərəyə şahidlik edə bilərdik” - tribunalar niyə dolmadı?
  • Dünən, 17:20
    “İnter” 16 ildən sonra “qızıl dubl” etdi! - İCMAL
  • Dünən, 17:01
    “Sabah” Dəniz Akademiyasının, “Zirə” “Naxçıvanski”nin tələbələrini gətirdi
  • Dünən, 16:40
    “Kristal Pelas” və “Rayo Valyekano” ilk dəfə finala vəsiqə qazandılar - İCMAL
  • Dünən, 16:19
    Emerinin komandası 6-cı dəfə finalda! - İCMAL
  • Dünən, 15:58
    "Karvan-Yevlax" - "Qəbələ": START HEYƏTLƏRİ
  • Dünən, 15:38
    Paytaxt derbisi haqda bəd xəbər - həm "Sabah", həm də "Neftçi" üçün çətinlik...
  • Dünən, 15:21
    “Karyeramın ən yaxşı dönəmindəyəm” - Sara DÇ-yə yollanmaq arzusu ilə yaşayır
  • Dünən, 14:54
    Pley-off sürprizlərlə başladı - İCMAL
  • Dünən, 14:23
    ''Real'' etiraz dalğası fonunda qalib gəldi - Peres azarkeşlərlə mübahisə etdi
  • Dünən, 13:52
    Nəriman Axundzadə Messidən 45 dəfə az pul qazanır
  • Dünən, 13:24
    İki güləşçimiz 1/4 finalda - AÇ
  • Dünən, 12:53
    UEFA lisenziyalı məşqçilik kursları üçün təlim keçiriləcək
  • Dünən, 12:17
    “İnter” sona üç tur qalmış çempion oldu - Kivu ona inanmayanları susdurdu
  • Dünən, 11:46
    “Şalke-04” üç ildən sonra elitada - türk ulduzun sayəsində!
  • Dünən, 11:29
    “Futbolun hər üzü var, nə olacağını əvvəldən təxmin etmək olmaz” - Adil Şükürov tələsmir
  • Dünən, 10:58
    Acunun komandası finalda oynamadan premyer-liqaya yüksələ bilər!
  • Dünən, 10:13
    “Mənfi şərhləri oxumamaq üçün hətta İnstaqram və ya TikTok hesabı da açmamışam” - Kənan milli komanda ilə fəxr edir
Daha çox
Oxunub: 533
Elvinin menecerindən Qurban Qurbanovun yeni qadağası haqda açıqlama - "sən gəlmə, sənə olmaz..."
Oxunub: 283
Elvinlə Abbasdan yeni xəbər - Maksim Medvedev onlardan şikayətçi oldu?
Oxunub: 250
Zirvədən yerə çırpılan Əliyar Ağayev qalxdı... - premyer-liqada nə vaxt olacaq?
Oxunub: 218
“Yekə oğlansan, bu nə hərəkətdi edirsən?” - “Qarabağ” azarkeşləri Elvinlə bağlı
Oxunub: 206
"Hər il dəyişikliyin olması bizi boğaza yığıb" - "Xəmsə" Azər Bağırovun göndərilməsinə qarşıdı!
Oxunub: 197
“Zirə” avrokuboklara düşməsə, Rəşad Sadıqov istefaya göndəriləcək!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə