Tunis yığmasında baş məşqçi istefaya göndərilib.
"Football-plus.az" xəbər verir ki, Səbri Lyamuşi milli komandanın baş məşqçi vəzifəsindən uzaqlaşdırılıb. Bu qərarın DÇ-2026-nın qrup mərhələsinin ilk turunda İsveçə 1:5 hesablı ağır məğlubiyyətdən sonra verildiyi bildirilir.
Lyamuşi Tunis yığmasına bu ilin yanvarından rəhbərlik edirdi.
Onun yerinə Erve Renar təyinat alıb. 57 yaşlı fransalı ilə bağlanan müqavilənin müddəti dünya çempionatının sonuna qədərdi.