“Kristal Pelas”ın yeni baş məşqçisi müəyyənləşib.
"Football-plus.az" xəbər verir ki, bu vəzifəyə Pyer Saj təyin olunub. London klubunun mətbuat xidmətinin məlumatına görə, fransalı mütəxəssislə müddəti daha bir mövsüm uzadılmaq şərtilə ikiillik, 2029-cu ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalanıb.
Xatırladaq ki, Saj ötən mövsüm “Lans”ı çalışdırıb. Komanda Liqa 1-də 2-ci yeri tutub.