• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Argentinanın yarımfinal seriyası davam edəcəkmi? - STATİSTİK TƏHLİL

Manşet / Yazarlar

13-12-2022, 11:0

Sanki bir göz qırpımında keçən DÇ-2022-də artıq 60 qarşılaşma geridə qalıb.

Mundialın son 4 oyunu ərəfəsindəyik. Mərakeşin bu turnirdə “çıxardığı hoqqadan” hələ uzun illər bəhs ediləcək. Artıq finalçıların müəyyənləşməsinin vaxtıdı. Bu gün və sabah yarımfinal görüşləri keçiriləcək. Gəlin afişaya nəzər salaq.

13 dekabr
yarımfinal

Argentina – Xorvatiya
Hakim: Daniele Orsato (İtaliya)
Cəzalı: Akunya, Montiel/yoxdu
Stadion: “Lusail Aykonik” (Lusail)
Əvvəlki oyunlarının balansı: +2=1-2

Pley-offdakı komandalar və onların hansı yolla irəliləyəcəyi bəlli olandan sonra çoxları yarımfinalda Braziliya – Argentina duelinin baş tutacağını gözləyirdi. Çempionluğa namizəd sayılan prinsipial rəqiblərin dueli bu turnirin yaraşığı ola bilərdi. Amma ötən mündialda final oynamasına rəğmən, bir çoxları tərəfindən hələ də ciddi qəbul olunmayan Xorvatiya Cənubi Amerika derbisinin baş tutmasına mane oldu. Düzdü, argentinalılar bəlkə də hadisələrin belə axarına görə sevinir. Amma “damalılar” çoxdan sübut ediblər ki, onları vaxtından əvvəl siyahıdan silmək acı sonluqla nəticələnə bilər. Düzdü, ad baxımından bəlkə də Xorvatiya – Argentina dueli Braziliya – Argentina duelindən geri qalır. Amma oyun planında xorvatlarla argentinalıların qarşıdurması heç də az maraq kəsb etmir. Maraqlıdı ki, mundiallar tarixinin oyunsonrası penalti seriyasının ən uğurlu iki komandası üz-üzə gələcək. Xorvatiya DÇ-lərdə 4 penalti zərbələrinin hamısından qələbəylə ayrılan yeganə kollektivdi! Argentina isə bu cür zərbələrdə hamıdan çox (5 dəfə) qalib gələn komandadı. Lionel Messi Niderlandın qapısına penaltidən yol tapmaqla DÇ-lərdə 10-cu qolunu vurdu və Qabriel Batistutanı yaxaladı. Daha bir top vuracağı təqdirdə Leo mundialların ən məhsuldar argentinalı oyunçusuna çevriləcək. Düzdü, Leo 10 top həddinə 24, Batistuta isə cəmi 12 oyuna çatıb. Konkret yarımfinal mərhələsinə nəzər salsaq, Xorvatiya keçirdiyi 2 oyundan 1 qələbə (DÇ-2018), 1 məğlubiyyət (DÇ-1998) ilə ayrılıb. Amma Argentina cəbhəsinə nəzər saldıqda görərik ki, yarımfinal bu komandanın bəlkə də ən sevimli mərhələsidi. “Albiselesta” indiyə qədər 5 yarımfinalın (1930, 1978, 1986, 1990, 2014) heç birində məğlub olmayıb! Yəni komanda yarımfinala qədər gəlirsə, deməli, 100 faiz finalda oynayır. Amma burda DÇ-1978-lə bağlı bir haşiyə çıxaq. Həmin vaxt yarımfinal əvəzinə ikinci qrup mərhələsi keçirilirdi. Argentina həmin 2-ci qrup mərhələsini lider kimi tamamlayaraq finala yüksəlmişdi. Komandaların şəxsi oyunlarına gəlincə, 5 qarşılaşmada bərabərlik gözə dəyir (hərəyə 2 qələbə). Bu 5 oyundan ikisi mundiallara təsadüf edib. DÇ-1998-də qrup mərhələsinin son turunda Argentina minimal hesabla üstün olmuşdu. Ötən DÇ-də isə qrup mərhələsinin 2-ci turunda Xorvatiya gözlənilmədən güclü rəqibini 3:0 hesabıyla darmadağın etmişdi. Yeri gəlmişkən, sonda bir mühüm faktı da diqqətinizə çatdıraq. Bu komandaların 2006-cı ilin martın 1-də İsveçrədə keçirilən yoldaşlıq oyunu Xorvatiyanın 3:2 hesablı qələbəsi ilə başa çatıb. Həmin oyunu xüsusi edən məqam Modriçin Xorvatiya yığmasında debüt etməsi və Messinin Argentinanın heyətində ilk qolunu vurmasıdı!

Fransa – Mərakeş
Hakim: açıqlanmayıb
Cəzalı: yoxdu/Şeddira
Stadion: “Əl-Beyt” (Əl-Haur)
Əvvəlki oyunlarının balansı: +5=2-0

Dünya çempionatından əvvəl kimsə yarımfinalda 2 cütdən birində Fransa ilə Mərakeşin qarşılaşacağını iddia etsəydi, həmin adamın futbol savadına şübhə ilə yanaşardıq. Son dünya çempionunun bu mərhələdə olmasında, təbii ki, qeyri-adi nəsə yoxdu. Cütü qeyri-adi edən orda Mərakeşin olmasıdı. Ərəb dünyası və Afrika ölkələri arasında DÇ-nin yarımfinalına çıxan ilk komanda olan mərakeşlilər bu aralar müsəlmanlar tərəfindən ən çox dəstəklənən yığmadı. Cəmi 3 ay əvvəl Mərakeşin başına gətirilən Valid Reqraqiyə vətənində heykəl qoyulub-qoyulmayacağı bilinmir. Amma fakt budu ki, onun və Mərakeşin etdiyini indiyə qədər Afrikadan heç bir məşqçi və komanda etməmişdi. Ən heyrət doğuran məqam “Atlas şirləri”nin bu turnirdə növbəylə Xorvatiya, Belçika, İspaniya və Portuqaliya kimi hücum xəttinə malik olan komandalardan qol buraxmamasıdı. Mərakeşə hələ də heç bir rəqib oyunçu qol vura bilməyib! Komanda yeganə qolu qrupda Kanada ilə oyunda Nayef Agerdin avtoqolu ilə buraxıb. Bu, ümumiyyətlə, Mərakeşin iyundan bəri, yəni son 9 görüşdə buraxdığı yeganə qoldu. Çox güman, indi özünü mərakeşlı sayan hər kəs bu nağılın mümkün qədər çox davam etməsini arzulayır. Sabah komanda bəlkə də tarixinin ən vacib oyunlarından birinə çıxacaq. Fransa turnirə ciddi itkilərlə gəlməsinə baxmayaraq, möhtəşəm oyunçulara malikdi və təbii ki, aşkar favoritdi. Fransa İspaniya və Portuqaliyanın yolu ilə getməmək üçün ilk növbədə Yassin Bununun qapısına yol tapmalıdı. Bəlkə də həyatının turnirini keçirən bu qapıçı penalti seriyasında da güclü olduğunu göstərib. Mərakeş hələ ki bu turnirdə hesabda geri düşməyib. Fransa rəqibə bunu yaşatmağa və afrikalıların müavimətini qırmağa çalışacaq. “Üçrənglilər” gözəl anlayır ki, matçın qolsuz keçən hər dəqiqəsi rəqibin xeyrinə işləyəcək. Matça prinsipiallıq qatan məqam odu ki, Misir və Sudandan sonra dünyanın ən böyük 3-cü ərəb ölkəsi olan Mərakeş 1912-56-cı illərdə Fransanın müstəmləkəsi olub və məhz bu üzdən turnirlərə qatıla bilməyib. “Xoruzlar”ın yarımfinallarla bağlı maraqlı statistikası var. Komanda bu mərhələyə yüksəldiyi ilk 3 halın hamısında (1958, 1982, 1986) finaldan kənar qalıb. Amma son 3 belə oyun əksinə, fransızlar üçün uğurlu alınıb (1998, 2006, 2018). Fransa bu tendensiyanı davam etdirəcəyi halda son 24 ildə son çempion statusunda mundialda finala yüksələn ilk komanda olacaq. Sonuncu dəfə bunu DÇ-1998-də Braziliya bacarıb. Şəxsi oyunların statistikası Mərakeş üçün yaxşı heç nə vəd etmir. Çünki afrikalılar 7 oyunun heç birində qalib gələ bilməyiblər (2 heç-heçə, 5 məğlubiyyət). Amma komandaların yolu nəhəng turnirlərdə heç vaxt kəsişməyib.

ƏLİ

Paylaş:
Digər xəbərlər

DÇ 2026 / Manşet

15-12-2022, 01:0

Finalın adı: Argentina - Fransa - YENİLƏNİB

DÇ 2026 / Manşet

12-12-2022, 23:0

Aftandil Hacıyev: "Çox istərdim ki, Portuqaliya - Argentina finalı olsun"

Aktual / Dünya futbolu / Manşet

1-04-2022, 21:0

DÇ-2022-nin püşkü atıldı

Çempionlar Liqası

3-05-2022, 10:0

Bu gün Çempionlar Liqasının ilk finalçısı bilinəcək

DÇ 2026

11-12-2022, 23:0

Argentina - Xorvatiya matçının hakimləri bəlli oldu

Dünya futbolu

30-03-2022, 14:0

27 millinin adı bəlli oldu

Aktual
“Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
“Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
“Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
“Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
“Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
“Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
Son xəbərlər
  • Bu gün, 18:08
    "Cəbrayıl" və "Quba"nın adı dəyişdirildi
  • Bu gün, 17:36
    “Sabah”ı Randersdə dəstəkləyəcək azarkeşlərin sayı artdı!
  • Bu gün, 17:15
    “Orhus”un ulduzu “Sabah”a qarşı oynaya bilməyəcək – SƏBƏB
  • Bu gün, 16:53
    2-ci liqada yeni mövsümün püşkü atıldı
  • Bu gün, 16:30
    "Qarabağ" Polşaya yollandı
  • Bu gün, 16:00
    ''Göztəpə''nin 15 milyonluq satışı baş tutmadı
  • Bu gün, 15:38
    “Orhus”un baş məşqçisindən cəsarətli addım – heyət seçimi ilə bağlı planlarını açıqladı
  • Bu gün, 15:06
    “Rahid Əmirquliyev həm rəhbərlikdə, həm də heyətdə təmsil olunacaq”- bu necə olur?
  • Bu gün, 14:44
    "Sumqayıt" braziliyalı yarımmüdafiəçi transfer etdi
  • Bu gün, 14:04
    Konatedən nəyin əskikdi, Konate?
  • Bu gün, 13:38
    "Kəpəz" Ümid Səmədovla anlaşdı
  • Bu gün, 13:17
    Fransaya qayıtmayacaq
  • Bu gün, 12:46
    “Komandamla bağlı bəzi narahatlıqlar var” – Qurban Qurbanov
  • Bu gün, 12:15
    "Qarabağ"ın "Dinamo" ilə oyunlar üçün heyəti - cəmi 20 futbolçu...
  • Bu gün, 11:54
    Sevdiyi xanıma görə Türkiyədən qaçdı
  • Bu gün, 11:23
    Zamiq Avropa Liqasında oynadı, komandası uduzdu
  • Bu gün, 10:52
    “Orhus” “Sabah”dan çəkinir? – baş məşqçi və futbolçular rəsmi saytda tərifləndi
  • Bu gün, 10:31
    Salah rəsmən ''Trabzonspor''da! - Onun üçün görkəmli imza mərasimi keçiriləcək
  • Bu gün, 10:00
    Klubuna sadiq qaldı
  • Dünən, 23:25
    "Siz daha güclü və dinamik "Turan Tovuz"u görəcəksiniz" - Ehtiram Quliyev
  • Dünən, 23:07
    “Dünənki hesab aldadıcı ola bilər” – Fərid Namazov
  • Dünən, 22:59
    “Cəzanın aradan qaldırılması fərdi şəkildə edə biləcəyim məsələ deyil” - Nurlan İbrahimov hardadı?
  • Dünən, 22:12
    "Oyuna həqiqətən də çox ciddi və yaxşı hazırlaşmışıq" - Valdas Dambrauskas
  • Dünən, 21:36
    "Bizi güclü rəqib gözləyir" - "Orhus"un baş məşqçisi
  • Dünən, 21:15
    “Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
  • Dünən, 20:51
    "Şamaxı" "Qəbələ"yə qalib gəldi
  • Dünən, 20:15
    Almaniyaya qayıtdı
  • Dünən, 19:46
    "Turan Tovuz" üçün yeni sponsor - "Peak Eye" kluba 2 milyon dollar ayıracaq!
  • Dünən, 19:26
    "Zaqatala"nın baş məşqçisi açıqlandı
  • Dünən, 19:00
    “Zaqatala”nın fəaliyyətini davam etdirməsi üçün böyük fədakarlıq lazımdı” – bölgə klubu acınacaqlı durumda
  • Dünən, 18:28
    İtaliyadan Belçikaya üz tutdu
  • Dünən, 17:57
    “Orhus” ev oyunu üçün bütün biletləri satdı – “Sabah”ı dolu tribunalar gözləyir
  • Dünən, 17:36
    Bu 3 futbolçu ''Bavariya''ya lazım deyil - onlar arasında sabiq ''Qalatasaray''lı da var
  • Dünən, 17:05
    Türkiyəli qapıçı karyerasını İspaniyada davam etdirə bilər
  • Dünən, 16:34
    1-ci liqada püşkatma mərasimi keçirildi
Daha çox
Oxunub: 179
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 168
“Gün gələcək, bu məsələnin əsl mahiyyətini bütün ictimaiyyət biləcək” - Bayrampurla bağlı sərt açıqlama
Oxunub: 121
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 94
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 92
Bir gecədə üç sillə! – inkişaf nağılları bitdi
Oxunub: 81
“Bizə bu məsələ ilə bağlı hansısa rəsmi məlumat daxil olmayıb” - “Cəbrayıl”ın dəyəri cəmi 400 min manat imiş...
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə