"Qarabağ"ın rəqibi məlum oldu - Avropa Liqası

16.06.2026 19:10 20
Avrokuboklar / Avropa Liqası
Bu gün "Qarabağ"ın Avropa Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi məlum olub.

"Football-plus.az" xəbər verir ki, püşkatma mərasimi İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında keçirilir. Tədbir Bakı vaxtı ilə saat 19 00-da başlayıb. "Qarabağ" daha yüksək reytinqə malik komandaların düşdüyü səpələnmişlər səbətində yer alıb.

Püşkün nəticəsinə əsasən, “Qarabağ”ın rəqibi “Vestri” (İslandiya) olub. Ağdam təmsilçisi ilk oyunu evdə keçirəcək.

1-ci təsnifat mərhələsinin oyunları iyulun 9-u və 16-da keçiriləcək.