"Sabah"ın rəqibi məlum oldu - Çempionlar Liqası

16.06.2026 18:12 30
Avrokuboklar / Çempionlar Liqası
Bu gün "Sabah"ın Çempionlar Liqasının 1-ci təsnifat mərhələsindəki rəqibi müəyyənləşib.

"Football-plus.az" xəbər verir ki, İsveçrənin Nyon şəhərində keçiriləcək püşkatma mərasimi Bakı vaxtı ilə saat 18.00-da başlayıb.

Püşkün nəticəsinə əsasən, TNS (Uels) komandası “Sabah”a rəqib olub. Ölkə çempionu ilk oyunu evdə keçirəcək.

1-ci təsnifat mərhələsinin oyunları iyulun 7-8-i və 14-15-də keçiriləcək.