• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Çingiz Abdullayev: “SOCAR-ın prezidenti boş-boşuna Müşahidə Şurasına gəlməyib"

Ölkə futbolu / Manşet

21-12-2022, 20:0

Bir neçə gün öncə "Neftçi"nin Müşahidə Şurasında ciddi dəyişikliklər gerçəkləşdi.

Çingiz Abdullayev qurumun sədri vəzifəsindən istefa verdi. Uzun müddətdi axtardığımız yazıçıyla, nəhayət, bu və başqa detalları müzakirə etmək imkanı qazandıq. Çingiz bəy bazar günü baş tutan ayaqüstü söhbətdə maraqlı fikirlər səsləndirdi.

- "Neftçi"nin Müşahidə Şurasından niyə ayrıldız?
- "Neftçi"nin daha da inkişafı üçün dəyişiklik lazım idi. Şərt "Neftçi"sevərlərin vəzifələrdə olması yox, doğma, əziz komandandamızın daha böyük zirvələrə yüksəlməsinə təkan vermək və dəstək olmaqdı. Ürəyim həmişə "Neftçi"ylə döyünəcək. Həmişə demişəm, yenə təkrar edirəm, "Qarabağ"ın uğurlarına sevinirəm. Təki bundan sonra da nailiyyətlərinin davamı gəlsin. Amma "Neftçi" tarixən flaqmanımız olub, flaqman olaraq da qalacaq. Ömürboyu "Neftçi"yə səs vermişəm, son günlərimə kimi də bu komandanı sevəcəm. İnanıram ki, yaxın gələcəkdə daha güclü "ağ-qaralar" görəcəyik.

- Sizcə, Müahidə Şurasının yeni rəhbərliyi komandanı “qara zolaq”dan çıxara biləcək?
- Bunu zaman göstərəcək. İnanıram ki, onlar əlindən gələni edəcək. Hər halda, SOCAR-ın prezidenti boş-boşuna Müşahidə Şurasına gəlməyib.

- Necə düşünürsüz, qışda heyət gücləndirilməlidi?
- Mütləq! Komandaya yeni nəfəs, güc verəcək futbolçular cəlb olunmalıdı.

- Hansı mövqelərə oyunçular cəlb olunmalıdı?
- Bəlkə də bunu deməyim düzgün çıxmaz, yaxud futbolçular arasında ayrı-seçkilik kimi anlaşılar. Amma fikrimcə, komandaya Emin Mahmudov səviyyəsində futbolçular transfer olunmalıdı.

- Niyə məhz Emin Mahmudov?
- Emin son illərdə ölkə futbolunda üzə çıxan tək-tük intellektual futbolçulardandı. Hazırda yalnız "Neftçi"nin yox, həm də millimizin “düşünən beyni”di. O, meydanda yaxşı futbol sərgiləməklə yanaşı, futbolçular arasında qarşılıqlı koordinasiyada, komandanı arxasınca aparmaqda da göz oxşayır. 10 qol vurmaqla premyer-liqanın bombardirləri sırasında olması məni və bütün "Neftçi" fanatlarını sevindirir. Hazırda Azərbaycanda 3-4 yaxşı yerli futbolçu varsa, onlardan biri Emindi.

- Eminin qışda Şotlandiya "Harts"ına keçəcəyi söylənilir. Belə olsa, "Neftçi"nin işi daha da çətin olacaq...
- Onun "Harts"a keçəcəyinin nə dərəcədə real olduğunu deyə bilmərəm. Amma Eminin "Neftçi"də qalmasını istəyərdim.

- Cari mövsümdə "Neftçi"dən hansı uğuru gözləmək olar?
- Yuxarıda dediyim kimi, komanda fasilədə mütləq güclənməli və çempionatın ikinci yarısında daha yaxşı çıxış etməlidi. Çempionluq şansımız azdı, çünki lider "Qarabağ"la xal fərqi çoxdu. Buna rəğmən, sona qədər döyüşmək lazımdı. Futbolda sensasiyalar olur. Kubokda "Neftçi"ni daha şanslı sayıram. Cavab matçında "Zirə"ni üstələsək, qarşıdakı oyunlarda daha uğurlu çıxış üçün stimul olacaq. Düşünürəm ki, bu məsələdə azarkeşlər də biganə qalmamalı, doğma komandamıza dəstək üçün tribunaları doldurmalıdılar. Mən "Neftçi"nin, demək olar, bütün ev oyunlarına gedirəm. Elə "Zirə"ylə kubok qarşılaşmasına da gedib sevimli komandamın qələbə qazanması üçün dəstək olacam. Bütün azarkeşləri də həmin oyunda çılğın şəkildə "Neftçi"yə dəstək verməyə çağırıram.

- Bir neçə saat sonra Qətərdə baş tutacaq Argentina - Fransa qarşıdurmasında kim çempion olacaq?
- Azarkeşlərin çoxu Argentinanı şanslı sayır. Ümumiyyətlə, mütləq əksəriyyət nəyi istəyirsə, sanki Allah tərsini göstərir (gülür). Son vaxtlar Fransa bizə qarşı qərəzli davranır, “qara piar”la məşğuldu. Elə buna görə də azərbaycanlı futbolsevərlərin əksəriyyəti Argentinanın qalib gəlməsini arzulayır. Amma futbol yönündən baxsaq, Fransa möhkəm komandadı, heyətində son dərəcə sürətli, texnikalı oyunçular yer alır. Həmçinin psixoloji amil baxımından da fransızlar üstündü. Çünki cənubi amerikalılar qol buraxandan sonra toparlanmaqda çətinlik çəkirlər. Argentinanın qalib gəlməsini istəyirəm, amma düşünürəm ki, Fransanın çempion olmaq ehtimalı daha çoxdu.

- Sizcə, Mbappe Fransa millisində ikinci Zidan olacaq?
- Mbappe Fransa millisində "10” nömrəli formanı geyə bilər, amma heç vaxt Zidan olmayacaq.

ABDULLA İSMAYILOĞLU

Paylaş:
Digər xəbərlər

Aktual / Manşet

8-12-2022, 11:0

Maşallah Əhmədov SOCAR-ın prezidenti ilə görüşmək istəyir: “Orda yalnız Səməd Qurbanov var ki, o da danışmır, ağzına su alıb oturub”

Aktual
“Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
“Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
“Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
Son xəbərlər
  • Bu gün, 17:38
    “Sabah” ÇL-də debüt etdi, stadion dolmadı! – “Nyu Seynts” “Qarabağ” deyil
  • Bu gün, 16:40
    Samokun yeni klubu bilindi
  • Bu gün, 16:01
    "Şəfa" niderlandlı oyunçu transfer etdi
  • Bu gün, 15:30
    Azərbaycanlı futbolçu "Herta" ilə müqavilə imzaladı
  • Bu gün, 14:33
    Xəyal Əliyev niyə ÇL-dən kənarda qaldı? – rəsmi açıqlama
  • Bu gün, 14:02
    “Şəfa” Qəbələyə gedə bilmədi - planlar niyə dəyişdi?
  • Bu gün, 13:31
    "Qarabağ"ın "Vestri" üçün heyəti - 3 legioner ərizədə yoxdu
  • Bu gün, 13:00
    500-cü oyun, 550-ci qol
  • Bu gün, 12:29
    Leverkuzenə qayıtmayacaq
  • Bu gün, 11:58
    "Turan"ın prezidenti Ehtiram Quliyevin müavini oldu
  • Bu gün, 11:30
    Millimiz Gürcüstanı darmadağın etdi
  • Bu gün, 11:02
    “Sabah”ın bu dəfə səfərdə məğlub olacağı inandırıcı görünmür” – çempiona nə olmuşdu?
  • Bu gün, 10:31
    Azərbaycan UEFA reytinqində neçəncidi?
  • Bu gün, 10:00
    ''Beşiktaş'' qapıçı problemini həll etdi - Almaniyalı əlcək sahibi İstanbula gələcək
  • Bu gün, 00:00
    Harrisondan “Sabah”a yalan dolu hədə-qorxu – “Nyu Seynts”in baş məşqçisi bizi aldadıbmış!
  • Dünən, 23:50
    Acun sabiq ''Fənər''lini ''Hall Siti''nin idman direktoru vəzifəsinə gətirdi!
  • Dünən, 23:10
    "Daha çox qol da vura bilərdik” - Rəşad Sadıqov
  • Dünən, 22:45
    "Oyunu əlavə vaxta daşımağa çalışacağıq" - "Torpedo"nun baş məşqçisi
  • Dünən, 22:17
    “Duran 40 yaşına kimi Azərbaycanda çıxış edəsi deyil ki...” – bəs Avroliqanın qrupu?
  • Dünən, 21:50
    "Zirə" "Torpedo"nu darmadağın etdi - YENİLƏNİB
  • Dünən, 21:22
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:46
    Firuz Abdulla “Səbail”dən ayrıldı – “Yalnız o cavablar gələndən sonra bu haqda danışmağım düz olar”
  • Dünən, 20:03
    Camal Cəfərov Qırğızıstan klubunda
  • Dünən, 19:55
    "Yeni transferlərdən bəziləri sabah meydana çıxacaq" - Qurban Qurbanov
  • Dünən, 19:34
    "İmişli"də yeni təyinat
  • Dünən, 19:12
    "Zirə" - "Torpedo": START HEYƏTLƏRİ
  • Dünən, 18:42
    ''Beşiktaş'' Türkiyə yığmasının yarımmüdafiəçisini transfer etdi
  • Dünən, 18:11
    "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi
  • Dünən, 17:59
    Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
  • Dünən, 17:31
    "Kəpəz" Ehtiramla yolları ayırdı
  • Dünən, 17:12
    ''Qalatasaray''dan İtaliyaya dönən futbolçunun gələcəyi qeyri-müəyyəndi
  • Dünən, 16:35
    "Qarabağ" - "Vestri" oyununa görə metroda iş rejimi dəyişəcək
  • Dünən, 16:15
    Kamilo Duran "Seltik"in düşərgəsində - baş məşqçi təsdiqlədi
  • Dünən, 16:07
    Mikels və Simiç tarixi qələbədən sonra nə dedi? - AÇIQLAMALAR
  • Dünən, 15:48
    “Araz-Naxçıvan”ın rəqibləri müəyyənləşdi - ÇL
Daha çox
Oxunub: 273
Elvin canını qurtardı, bəs, Abbasın aqibəti necə olacaq? - baş məşqçi açıqladı
Oxunub: 206
Varqas düyününün səbəbi bilindi! - bu müqavilə şərtləri "Neftçi" üçün maneə törədibmiş...
Oxunub: 161
Zlomisliçlə Qnalinin adı “Qarabağ”ın iştirak ərizəsində niyə yoxdu? – rəsmi açıqlama
Oxunub: 135
“Ötən mövsümün Çempionlar Liqasındakı “Qarabağ”ı görməyəcəyik” - Aslan Kərimov
Oxunub: 133
"Neftçi" Varqas düyününü çözə biləcəkmi? - "Makkabi" "ağ-qaralar"ı soymaq istəyir!
Oxunub: 132
Rəşad Sadıqovu sarsıdan hadisə - dərd gələndə batmanla gəlir!
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə