"Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi" - "Vestri"nin baş məşqçisi

8.07.2026 18:11 22
Avrokuboklar / Manşet
"Qarabağ" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Vestri" ilə qarşılaşacaq.

"Football-plus.az" xəbər verir ki, İslandiya təmsilçisinin baş məşqçisi Daniel Osafo-Badu oyunöncəsi mətbuat konfransında iştirak edib.

- Çox həyəcanlıyam. Güclü komandaya qarşı oynayacağıq. Komandam üçün çətin matç olacaq. Lakin öz gücümüzü göstərmək üçün əlimizdən gələni edəcəyik.

- "Qarabağ"da ötən mövsümlə müqayisədə dəyişikliklər baş verib. Bu məqam hazırlıq prosesində sizə nə dərəcədə çətinlik yaradıb?
- Oyunçular dəyişib, lakin baş məşqçi eynidi. Əminəm ki, yeni transferlər də məşqçinin tələblərinə tez uyğunlaşacaq. Oyun planında isə heç nə dəyişməyib. Çempionlar Liqasında gördüyümüz həmin komandadı.

- Püşkatmadan əvvəl bu komandanı tanıyırdız?
- "Qarabağ"ın Çempionlar Liqasında bəzi oyunlarını izləmişəm. Bəli, məlumatlı idim.

- Püşkatmadan sonra futbolçularınız rəqibin "Qarabağ" olmasına qəribə şəkildə sevindi. Bu, nə ilə bağlı idi?
- Azərbaycan çox gözəl ölkədi. Futbolçularım belə komanda ilə oynayacaqları üçün çox həyəcanlı idilər. "Qarabağ" qarşılaşa biləcəyimiz ən güclü rəqib idi.

- Bəlkə təvazökarlıqdan uzaq olacaq. Ancaq özünüzün də dediyi kimi, "Qarabağ" güclüdü. Hansı üstünlükləriniz hesabına növbəti mərhələyə adlaya bilərsiz?
- Planları açıqlamaq istəmirəm. "Qarabağ" topla fəal oynayır, hücum edir və texnikalıdı. Bəlkə də, biz daha çox əks-hücumlarda çıxış edəcəyik.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul