• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

Maşallah Əhmədov SOCAR-ın prezidenti ilə görüşmək istəyir: “Orda yalnız Səməd Qurbanov var ki, o da danışmır, ağzına su alıb oturub”

Aktual / Manşet

8-12-2022, 11:0

Ötən həftə heç kimin gözləmədiyi halda, obrazlı desək, “Neftçi”də hakimiyyət dəyişikliyi baş verdi.

Football-plus.az xəbər verir ki, söhbət klubun Müşahidə Şurasında yaşanan proseslərdən gedir. Sədr postuna Çingiz Abdullayevin əvəzinə SOCAR-ın prezidenti Rövşən Nəcəf gətirildi. Həmçinin elm və təhsil naziri Emin Əmrullayev, Orxan Sultanov, Elnarə Məmmədova və Hafiz Zeynalov şuraya yeni üzv seçiliblər. Əvvəlki heyətdən yalnız Zaur Qəhrəmanovla Səməd Qurbanov vəzifəsində qalıb. Əvvəlki üzvlər - Cəbrayıl Cəbrayılov, Fərhad Bədəlbəyli və Mehdi Nəcəfov isə klubdan ayrılıb.

Müşahidə Şurasında baş verən dəyişikliklərdən sonra mediada “Neftçi”nin daha iddialı olacağı, büdcəsinin yetərincə artacağı barədə xəbərlər yayılıb. O da qeyd olunur ki, klubda islahatlar bununla yekunlaşmayacaq. Yaxın vaxtlarda ölkənin ən köklü klubunun rəhbərliyində də dəyişikliklər gözlənilir. “Ağ-qaralar”ın düşərgəsində baş verən son proseslərə klubun Veteranlar İttifaqının rəhbəri Maşallah Əhmədov da biganə qalmır. Dünən redaksiyamızla əlaqə saxlayan veteran futbolçu bunları söylədi:

“Ötən həftə “Neftçi”nin Müşahidə Şurasında dəyişiklik oldu. SOCAR-ın prezidenti Rövşən Nəcəf şuranın sədri oldu. Onun sədr olması yaxşı haldı, ancaq tarixi də yaddan çıxarmaq olmaz. Yeni rəhbərliyin əsas məqsədi nədi? “Neftçi”ni daha yüksək zirvələrə daşımaq. Bəs belə olan halda biz veteranları, futbolçu həyatını ölkənin ən köklü klubuna həsr edən mütəxəssisləri niyə unudurlar? Niyə 85 illik qeyd olunan ildə klubun veteranları yada düşmür? Suallar çox, cavab isə yox. Sizə sual verirəm, təhsil nazirinin komandanın inkişafına nə faydası dəyəcək? Və ya generalın Müşahidə Şurasında nə işi var? Onlar hamısı öz sahələrində peşakar ola bilərlər. Ancaq futbolun öz incəlikləri var. Ona görə Müşahidə Şurasında da futbolçular çoxluq təşkil etməlidi. Niyə Maşallah Əhmədov, İsgəndər Cavadov və ya başqa veteranlar “ağ-qaralar”ın Müşahidə Şurasında təmsil olunmur? Bu suala cavab eşitmək istəyirəm. Orda yalnız Səməd Qurbanov var ki, o da danışmır, ağzına su alıb oturub. Görünür, kimlərəsə belə sərf edir. Şurada bizim kimi futbol adamları yer alsa, komanda bu gündə olmaz. Ürəyimizi, canımızı “Neftçi”yə vermişik. İndi isə bizi kənarda saxlayırlar. Fürsətdən istifadə edib sizin vasitənizlə Rövşən müəllimə müraciət etmək istəyirəm. “Neftçi”nin veteranları ilə görüşün, bir yerdə komandanın durumunu müzakirə edək. “Neftçi”ni yenidən zirvəyə qaytarmaq üçün bizim də təkliflərimizi dinləməyiniz yaxşı olar. Bu gün komandanın baş məşqçisinin adı xoşagəlməz söhbətlərdə hallanır. Klub rəhbərliyi başa düşmür ki, ölkənin ən köklü klubunun çalışdırıcısının adı mətbuatda əyyaş, məişət pozğunu kimi hallanırsa, bu ilk növbədə “Neftçi” adına biabırçılıqdı. Bəyəm bizdə mütəxəssis yoxdu ki, kənardan dəvət edirik? Var, özü də yüksək səviyyədə. Qurban Qurbanov işi ilə bunu sübut edib və etməkdə davam edir. “Neftçi”də, sadəcə, kimlərsə yerli məşqçi görmək istəmir və bunu çox hiyləgər formada həyata keçirirlər”.



Əhmədov “Neftçi”nin 16-cı turda “Qarabağ”a böyük hesabla uduzmasına da münasibət bildirdi:

“Son oyunda “Qarabağ”ın “Neftçi”ni o günə qoymasını izləmək ürəkağrısı idi. Kim o futbolçuları, baş məşqçini kluba gətirib? Onlar hələ də başa düşmür ki, hara gəliblər, hansı komandanın formasını geyirlər. “Neftçi”də böyük dəyişikliklər olmalıdı. Ümid edirəm ki, Müşahidə Şurasının yeni rəhbəri və üzvləri bu yöndə əməli addımlar atacaq. Bildiyimə görə, vitse-prezident Elnur Eyvazov artıq klubdan uzaqlaşdırılıb. O birilər də getməlidi”.


RƏŞAD

Paylaş:
Digər xəbərlər

Ölkə futbolu

10-07-2022, 14:0

Səməd Qurbanov 69 yaşa çatdı

Ölkə futbolu / Manşet

7-11-2022, 14:0

Yazıçı futbola gələ bilir, futbolçu yazıçı ola bilmir? – Maşallah Əhmədov bu dəfə “Neftçi” rəhbərliyini...

Ölkə futbolu / Manşet

21-07-2022, 22:0

Onun “Şamaxı” rəhbərliyində yer alacağı təsdiqləndi – AÇIQLAMA

Ölkə futbolu / Manşet

4-11-2022, 14:0

SOCAR “Neftçi”nin güclənməsini istəyir - AÇIQLAMA

Aktual
“Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
Savonun durumu bilindi - əməliyyat olunmayacaq
“Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
“Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
“Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
“Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
Son xəbərlər
  • Bu gün, 00:01
    Niderlanda yollanacaq
  • Dünən, 23:27
    Bolonyadan paytaxta üz tutdu
  • Dünən, 22:45
    “Səfərdə heç-heçə də bizim üçün yetərlidi” – “Orhus”un baş məşqçisi qələbədən əlini üzüb?
  • Dünən, 22:16
    Savonun durumu bilindi - əməliyyat olunmayacaq
  • Dünən, 21:55
    “Sabah”ın rəqibi ilk oyundan sonra zədələrdən əziyyət çəkir
  • Dünən, 21:51
    Dünya çempionu vəfat etdi
  • Dünən, 21:21
    “Real”ın mənə ehtiyac duyduğu hər mövqedə oynamağa hazıram” - Bernardo Silva heyranlıq duyduğu futbolçuların adlarını açıqladı
  • Dünən, 20:46
    "Şimal" xaçmazlı iş adamı ilə əməkdaşlıq müqaviləsi imzaladı
  • Dünən, 20:13
    "Sumqayıt" Qətər klubu ilə heç-heçə etdi
  • Dünən, 19:51
    Yuri Vernidub: "Məsuliyyət tamamilə mənim üzərimdədi" - VİDEO
  • Dünən, 19:21
    “Onları “Qarabağ”ın fəlsəfəsinə uyğunlaşdırmaq asan proses deyil” - “Qarabağ”a nə olub?
  • Dünən, 18:54
    Türkiyəli qapıçı ''Yunayted''dən ayrılaraq İspaniyaya yollandı
  • Dünən, 18:26
    Rüstəm Samiqullin "Karvan-Yevlax"da
  • Dünən, 17:50
    Məğlub Nəriman!
  • Dünən, 17:34
    "Xarakterimizdə təslim olmaq yoxdu” - Musa Qurbanlı
  • Dünən, 17:20
    “Sabah” – “Orhus” oyununa neçə bilet satılıb? – hələ sənin üçün də yer var!
  • Dünən, 16:57
    “Zirə” Namik Ələskərovla yolları ayırdı
  • Dünən, 16:26
    “Güclü klub yıxılandan sonra yenidən ayağa qalxa bilir” – Mirzə Bayrampur
  • Dünən, 15:55
    “Avqustun istisi danimarkalı futbolçular üçün çətinlik yaradacaq” - ekspert fikri
  • Dünən, 15:44
    Elvinin durumu necədi? - "Qarabağ"dan açıqlama
  • Dünən, 14:53
    İspaniya superkuboku Türkiyədə keçiriləcək?
  • Dünən, 14:22
    "Şəfa" "Neftçi" və "Qarabağ"a qalib gəldi
  • Dünən, 13:51
    “Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
  • Dünən, 13:20
    UEFA reytinqində mövqeyimizi qoruduq
  • Dünən, 12:59
    ''Beşiktaş'' yubiley qələbəsini azlıqda qazandı
  • Dünən, 12:28
    "İnanıram ki, “Kəpəz” bu stadionu tam dolduracaq" - Azər Məmmədov
  • Dünən, 12:06
    ''Qalatasaray''ın maraq göstərdiyi rusiyalı ulduzun meneceri nələr dedi?
  • Dünən, 11:35
    O "Qarabağ" artıq yoxdu!
  • Dünən, 11:00
    "Sabah" - "Orhus" oyununun hakimləri dəyişdirildi
  • Dünən, 10:36
    Murad Avropa Liqasında oynadı, komandası uduzdu
  • Dünən, 10:00
    "Qarabağ"a daha çox qol vura bilərdik" - "Dinamo"nun baş məşqçisi
  • 6-08-2026, 23:0
    "Qarşımızda yaxşı müdafiə olunan bir komanda var idi" - Qurban Qurbanov
  • 6-08-2026, 23:0
    Mahir KL-də oynadı, komandası heç-heçə etdi
  • 6-08-2026, 22:0
    "Qarabağ" "Dinamo"ya uduzdu - YENİLƏNİB
  • 6-08-2026, 22:0
    “Demək olar ki, bütün gün stadiondayıq” – sonra da Faiq Cabbarova yardım edəcəklər
Daha çox
Oxunub: 180
Koxalski, sən nə etdin? – getmək istəyirsən, bəhanəsiz get!
Oxunub: 128
“Qurban Qurbanov meydana çıxmaq üçün hazırlaşmasını istəmişdi, lakin...” – Bəhlulun qayıdışına nə mane olub?
Oxunub: 118
“Elə bayaq da Musa Qurbanlı ilə bir yerdəydik” – FİF-in direktoru
Oxunub: 95
"Neftçi" seçim qarşısındadı: ağ, yoxsa qara?
Oxunub: 83
O "Qarabağ" artıq yoxdu!
Oxunub: 82
“Stadionun möhtəşəmliyini sözlə ifadə etmək mümkünsüzdü” - “Xəmsə” tərif yağdırdı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə