"Kəpəz" Ehtiramla yolları ayırdı

8.07.2026 17:31 12
Ölkə futbolu
"Kəpəz" futbolçusu Ehtiram Şahverdiyevlə yolları ayırıb.

"Football-plus.az" xəbər verir ki, bu haqda klubun mətbuat xidməti məlumat yayıb.

Tərəflər başa çatan müqaviləni yeniləməmək qərarına gəliblər. Ötən mövsüm ölkə çempionatı və kubokunda ümumilikdə 32 matçda meydana çıxan 29 yaşlı yarımmüdafiəçi 1 qol vurub.

Klub xidmətlərinə görə Ehtiram Şahverdiyevə təşəkkür edib, ona gələcək karyerasında uğurlar arzulayıb.

"Kəpəz" bunadək Azər Bağırov (baş məşqçi), Rauf Hüseynli, Məmməd Hüseynov, Fərid Nəbiyev, Yusif İmanov, Luis Paçu, Camal Cəfərovla vidalaşıb.

Ən son xəbərlər və gündəm
birbaşa sənə gəlsin

Saytımız Xəbər gündəmin ən vacib xəbərlərini operativ şəkildə təqdim edir. Yenilikləri qaçırma.

WhatsApp kanalımıza qoşul

Son xəbərləri, video və foto materialları ilk sən gör.

Kanala qoşul