• Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • DÇ 2026
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Ölkə futbolu
    • Premyer-liqa
    • I divizion
    • Yığma
    • Kubok
    • Liqalar
  • Dünya futbolu
    • AÇ
    • AÇ
  • Avrokuboklar
    • Çempionlar Liqası
    • Avropa Liqası
    • Konfrans Liqası
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video

16 yaşlı braziliyalıya görə 70 milyon avro!

Dünya futbolu

15-12-2022, 11:0

Braziliya futbolu unikal istedadlar yetişdirməkdə məşhurdu.

Football-plus.az xəbər verir ki, Neymardan sonra hələ ki heç kim dünyanın diqqət mərkəzinə düşməmişdi. Amma son vaxtlar hər kəs sözünün əvvəlində də “Palmeyras”ın 16 yaşlı hücumçusu Endrikin adını çəkir, axırında da. Onun möhtəşəm fərdi keçidlərdən və ya cərimə meydançasının xətti üzərindən “qayçı” zərbəsi ilə vurduğu qollar artıq çoxdan internetdə hitə çevrilib. Əlbəttə, skeptiklər “hələ uşaqdı, gələcəyinin necə olacağını demək olmaz” deyə bilər. Ancaq Endrik uşaqlar yox, böyüklər arasında, yəni U-20 səviyyəsində keçirilən turnirlərdə ən yaxşı sayılır. Özü də 15 yaşında! Elə həmin vaxtdan da top-klubların diqqətini çəkib, bəzi təmaslarla bağlı xəbərlər isə artıq mediaya da sızıb. Məsələn, “Barselona”nın baş məşqçisi Xavinin fikirləri ilə tanış olaq:

“Mən onun özü və atası ilə danışmışam. Onlara “Barselona”nın indiki layihəsi haqda məlumat verdim. Bizə istedad lazımdı, Endrik isə istedaddı. Onun qolları, driblinqi və vəziyyəti dəyişmək bacarığı var”.


Ancaq kataloniyalılar məhdud maliyyə imkanları üzündən danışıqları rəsmi təklif göndərmək səviyyəsinə çatdırmadı. Əvəzində PSJ braziliyalıya görə 45 milyon avro təklif etməklə çərçivəni qaldırdı. Şayiələrə görə, “Çelsi”nin təmsilçiləri hətta Endrikin atasının Londona səfərini də təşkil edib. Sadəcə, hansısa məqamda “zadəganlar” ya oyundan çıxdılar, ya da danışıqları kənara informasiya sızdırmadan davam etdirmək yolunu tutdular. Öz növbəsində Parisdən “Palmeyras”ın birdən-birə iki futbolçusuna təklif gəldi. Dünya futbolunun əsas insayderlərindən biri Fabritsio Romanonun xəbərinə inansaq, fransalılar Endrikə görə 58, istedadına görə ondan heç də geri qalmayan 2007 doğumlu Estevaoya görə isə 35 milyon ödəməyə hazırdılar. Braziliya klubu bütün başqa təkliflərdən imtina edəndən sonra aydın oldu ki, bu mübarizənin favoriti “Real”dı.

İlin sonuna qədər sövdələşmənin başa çatması gözlənilir. Ancaq bu olayın yaxın günlərdə baş verməyəcəyi də dəqiqdi. Ona görə ki, Braziliya tərəfinin bəzi təmsilçiləri Qətərdə keçirilən dünya çempionatını izləyirlər. Bununla belə, aydındı ki, “kral klubu” “Palmeyras”ın maliyyə tələbini tam qarşılayacaq və “yaşıl-ağlar”a 60 milyon avro ödəyəcək. İspaniyanın vergi qanunvericiliyini və tranzaksiya ödənişini də nəzərə alsaq, sövdələşmənin ümumi dəyəri 72 milyon avroya yüksələ bilər. Bu pulu dərhal ödəmək lazım gəlməyəcək, madridlilərin bir neçə tranş ilə 2024-ün yayına qədər hesablaşmaq imkanı var. Bu müddət havadan götürülməyib, Endrikin İspaniyaya gələ biləcəyi – yalnız 18 yaşı tamam olandan sonra mümkündü – vaxta uyğunlaşdırılıb. Odu ki, yeniyetmə forvardın “Palmeyras”da ilk titulları və Libertadores kubokunu qazanmaqla bağlı planlarını həyata keçirmək üçün ilyarım vaxtı var. Bu turnirin yeni mövsümündə əvvəlki üç tituldan ikisini qazanan “Palmeyras”ın favoritlər sırasında olacağı şübhə doğurmur. Bu müddət həm də portuqaliyalı məşqçi Abel Ferreyranın əlinin altında olan Endrikə Avropa futboluna daha yaxşı hazırlaşmaq üçün lazımdı. “Real” bəzi başqa braziliyalılara münasibətdə də eyni yanaşmanı ortaya qoyub. Məsələn, Vinisius Juniorla Rodriqo madridlilərlə müqavilə bağlayandan sonra yetkinliş yaşına çatana qədər, uyğun olaraq, “Flamenqo” və “Santos”un heyətində oynamaqda davam etdilər. Hərçənd Dortmund “Borussiya”sına və “Jirona”ya icarəyə verilən Reynierin timsalında hələ ki heç də uğurlu olmayan nümunə də var. Bu 20 yaşlı yarımmüdafiəçi 30 milyon avroluq futbolçu səviyyəsində oynamır. Əks halda Tokio Olimpiadasının qalibi indi Madriddə olardı. Bir halda ki Avropa İttifaqına daxil olmayan ölkələrdən olan legionerlər üçün vakant yer var. Bu, İspaniya pasportu alan Vinisiusun sayəsində mümkün olub. Görünür, o, iştirak ərizəsində məhz Endrik üçün yer boşaldıb. Və bunda da müəyyən rəmzilik axtara bilərik. Vini vaxtilə üzərində avtoqrafı olan “Real” formasını yeniyetmə həmvətəninə göndərmişdi.

Braziliya futbolunun azarkeşləri artıq xəyalların qoynunda 2024-ün yayına yollanır, “Real”ın Vinisius, Rodriqo və hücumun mərkəzində Benzemanı əvəz edəcək Endrikdən ibarət hücum “üçlüy”ünü təsəvvür edirlər. Braziliyalı ekspertlər Endrikin onlara Romario ilə Ronaldonu xatırlatdığını deyirlər. Bəlkə də bir başqasının belə müqayisədən başı gicəllənə bilər. Amma “Palmeyras”da vunderkində çox hörmətlə yanaşır və hadisələri qabaqlamaq istəmirlər. Klub prezidenti Leyla Pereyranın fikirləri:

“Təkcə mən yox, bütün Braziliya Endrikin oyununu görmək istəyir. Bu oğlan incidi. Ancaq texniki məqamlarla mən məşğul olmuram, bu artıq baş məşqçinin işidi. Bu və başqa futbolçunun oynamasında israr etmək prezidentin işi deyil. Bizlə çalışan peşəkarlara tam etibar edirəm”.


Bu arada Abel Ferrayra yeniyetməyə məşqlərdə əsas komandanın oyunçuları ilə rəqabət aparmaq imkanı yaratdı. Ta o vaxta qədər ki, A seriyasının son illərdəki ən yaxşı müdafiəçilərindən biri, paraqvaylı Qustavo Qomes baş məşqçiyə bu sözlərlə üz tutdu:

“Professor, görürsüzmü, o hazırdı”.


Bir neçə gün sonra “Palmeyras”ın tarixinə ölkə çempionatında debüt edən ən aşağı yaşlı futbolçu kimi düşən Endrik uşaqlıqdan ona inanan, oyunlarından videoçarxları “yutub”da yerləşdirən atasını ağlamağa məcbur etdi. Yeniyetmə meydana çıxdığı 7 oyunda 3 qol vurdu və 1 məhsuldar ötürmə verdi. “Atletiko Paranense” ilə oyundakı dubl isə Braziliya çempionatı tarixinə ən “gənc” dubl kimi düşdü və Endrikin Pelenin 1957-ci ildə müəyyənləşdirdiyi rekordu yeniləməsinə imkan verdi. Məhz bu dubldan sonra Endrik həmklubu, Braziliya yığmasının 3-cü qapıçısı Vevertondan vəd etdiyi möhtəşəm idman ayaqqabını hədiyyə kimi aldı. Dahi Ronaldo isə dedi ki, bu yeniyetməni Braziliya yığmasına çağırardı. Elə Fenomenin özünü də Karlos Alberto Parreyra məhz 17 yaşında Braziliya üçün zəfərlə bitən DÇ-94-ə aparmışdı. Ancaq hər şeyin öz vaxtı var. İndi pentakampeonların hücum xəttində Rişarlison parlayır və Endriki Adriano ilə müqayisə edir. Qabriel Jezus da “Palmeyras”dakı xələfini tərifləyir. Təriflər öz yerində, həmklublarının hər biri vunderkindi təvazökar, dinləmək bacarığı və öyrənmək həvəsi olan uşaq kimi xarakterizə edirlər. Belə davam edərsə, ilyarım sonra “Real”ın düşərgəsinə hazır ulduz kimi qədəm qoyacaq.

Paylaş:
Digər xəbərlər

Dünya futbolu

8-12-2022, 19:0

Endrikin yeni klubu bəlli oldu

Dünya futbolu

4-11-2022, 18:0

PSJ-nin hücumçusu "Barselona"nın hədəfində

Dünya futbolu

30-09-2022, 15:0

"Barselona"nın "Mançester Siti"yə 52 milyon avro borcu var

Dünya futbolu

10-10-2022, 14:0

"Barselona" Qrizmanı bu qiymətə satmağa razılaşdı

Dünya futbolu

2-10-2022, 18:0

“Barselona” MS-yə 52 milyon avro borcludu

Aktual
“Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
“Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
“Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
“Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
"Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
“Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
Son xəbərlər
  • Bu gün, 10:31
    “Qarabağ”ın rəqibi hansı heyətlə qələbə qazandı?
  • Bu gün, 10:00
    Çalhanoğlunun həyat yoldaşı tənqidlərə cavab verdi - ''Dəyişən sizin baxış tərzinizdi''
  • Bu gün, 09:16
    Salah Misiri qrup lideri etdi - DÇ səhəri
  • Bu gün, 01:05
    Belçika - İran oyunu qolsuz bitdi - DÇ gecəsi
  • Dünən, 23:58
    ''Qalatasaray''lı futbolçu dünya çempionatında zədələndi
  • Dünən, 23:13
    Məşhur futbolçu mundialın sonunu gözləyir
  • Dünən, 22:42
    İkardinin menecerindən yeni açıqlama - ''Ümumi məxrəcə gələ bilməmişik''
  • Dünən, 22:11
    İspaniyadan böyükhesablı qələbə - DÇ gecəsi
  • Dünən, 21:50
    “Düzdü, əvvəl bir torpaq sahəsi tapılmışdı” – deputat “İmişli”nin planlarını açıqladı
  • Dünən, 21:29
    Martin Zlomisliç "Qarabağ"da
  • Dünən, 20:58
    Klubu ilə yenidən anlaşdı
  • Dünən, 20:31
    İngiltərədə iş yerini dəyişdi
  • Dünən, 20:00
    "Neftçi" kapitanları ilə yeni müqavilə imzaladı
  • Dünən, 18:53
    Yenə B seriyasında işləyəcək
  • Dünən, 18:20
    "Neftçi" 1/4 finalda mübarizəni dayandırdı - Dünya Seriyası
  • Dünən, 17:54
    “Zirə”dən ayrılmaq qərarını apreldən vermişdim” – Rəşad Sadıqov Ceyhun Nuriyevi yenə komandaya çağırıb?
  • Dünən, 17:22
    Klopp Türkiyənin uğursuzluğu haqda nələr dedi?
  • Dünən, 16:51
    Okan Buruk: ''Fənərbaxça'' daim bəhanə axtarır''
  • Dünən, 16:30
    “Zirə”də son durum – toplanışa qatılmayan futbolçu varmı?
  • Dünən, 16:10
    "Xankəndi" məşqçisiylə vidalaşdı
  • Dünən, 15:59
    "İmişli"də yeni məşqçi təyinatları
  • Dünən, 15:28
    "Qarabağ" Bədavi ilə bağlı qərarını açıqladı
  • Dünən, 14:57
    Fərman Həsənov: “UFC-də məqsədim titul uğrunda döyüşməkdi"
  • Dünən, 14:38
    "Nə qədər ki, "Səbail" Bayıldadı, biz də yanındayıq" – üsyan, yoxsa razılıq?
  • Dünən, 14:17
    Boksçumuz Dünya kubokunun qalibi oldu
  • Dünən, 13:56
    “Türkiyə yığmasının heyətini Hakan Çalhanoğlu ilə Merih Dəmiral qurur” – Bakıdan şok açıqlama
  • Dünən, 13:40
    Almaniya uzatma dəqiqələrində sevindi - DÇ günü
  • Dünən, 13:25
    Lyamuşinin yerini Renar tutdu - DÇ-nin istefası
  • Dünən, 12:54
    Kocamanın təyinatı nə üçün baş tutmadı? - ''Fənər''in yeni transferi İstanbula gəldi
  • Dünən, 12:23
    Kanadanın DÇ-də ilk qələbəsi tarixi alındı - ''Qırmızıların'' bolluğu diqqət çəkir
  • Dünən, 11:52
    "Zirə" legioneri ilə vidalaşdı
  • Dünən, 11:31
    "Hər iki komanda ciddi rəqibdi" - Kukseviç püşkün nəticəsi haqda nə dedi?
  • Dünən, 11:10
    "Turan Tovuz"da daha iki ayrılıq
  • Dünən, 10:59
    “Kəpəz”in heybətli görünən sədr və baş məşqçi postu... – Gəncədə uduzmaq üçün şir ürəyi yemək lazımdı!
  • Dünən, 10:30
    ABŞ yığması 1930-cu ili xatırladır
Daha çox
Oxunub: 254
Transfer dosyesi - kimlər gedib, kimlər gəlib?
Oxunub: 253
Kevin Medinanın yeni klubunun adı "Futbol+"də! - o, hara gedir?
Oxunub: 249
Elvin “Qarabağ”a öz cibindən pul ödəyib, gedə bilər? – meneceri son durumu açıqladı
Oxunub: 234
Nyonda "Sabah"la "Neftçi"ni təmsil edəcək şəxslər müəyyənləşdi - "Turan Tovuz"la "Zirə" isə gözləyir!
Oxunub: 229
“Neftçi”yə gəl, qaqa, sənin sayəndə Konfrans Liqasında finala qədər getmək olar” – Elvin yenə diqqət mərkəzində
Oxunub: 190
Azər Həşimov yenidən premyer-liqada çalışa bilər – özü açıqladı
Sosial şəbəkələrimiz:
  • Ölkə futbolu
  • Dünya futbolu
  • Avrokuboklar
  • Aktual
  • İdman
  • Layihə
  • Yazarlar
  • Reportaj
  • Müsahibə
  • Maqazin
  • Foto
  • Video
  • Baş redaktor: Mahir Rüstəmli
  • E-mail: mahir_rustemli@rambler.ru
  • Ünvan: Bakı şəhəri, akademik Ələşrəf Əlizadə küçəsi, 31
  • Whatsapp: (99450) 300 09 10
Müəllif hüquqları qorunur. Football-Plus.az-ın məlumatlarından istifadə etdikdə istinad mütləqdir. Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdi.
  • Ana səhifə
  • Haqqımızda
  • Reklam
  • Əlaqə