“Barselona” hələ də Ferran Torresə görə “Mançester Siti”yə borcludu.
İspaniya klubu bu transfer üçün İngiltərə klubuna yalnız 3 milyon avro ödəyib.
“Catalunya Radio”nun yaydığı xəbərdə “Barselona”nın 22 yaşlı yarımmüdafiəçiyə görə daha 52 milyon avro ödəməli olduğu bildirilir. İspaniya klubu futbolçunu bonusları nəzərə almasaq, 55 milyon avroya alıb. 2021-ci il dekabrın 28-də Torreslə 5 illik müqavilə imzalanıb.
Yeri gəlmişkən, Torres bu mövsüm bütün turnirlərdə meydana çıxdığı 7 oyunda 1 qol vurub və 1 məhsuldar ötürmə verib.