"Çikaqo" "Leykers"lə dəyiş-düyüş etməyəcək

12.12.2022 15:56 225
İdman
MBA-da pis günlər keçirən "Çikaqo Bulls"la bağlı məlumatlar gündəmi zəbt edib.

Football-plus.az xəbər verir ki, yayılan informasiyalara görə, "Leykers" komandanın 2 üzvü - Nikola Vuçeviç və Demar Derozanla yaxından maraqlanır. Loc Ancels təmsilçisi adları çəkilən basketbolçuları Rassel Uestbrukla dəyişdirmək niyyətindədi.

Lakin "Çikaqo"nun transferləri həyata keçirən vitse-prezidenti Arturas Karnişovas mediaya açıqlamasında məlumatı təkzib edib.