"Qarabağ" Polşaya yollandı

5.08.2026 16:30
Avrokuboklar
Konfrans Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyunları çərçivəsində Kiyev "Dinamo"su ilə qarşılaşacaq "Qarabağ" Polşaya yollanıb.

"Football-plus.az" xəbər verir ki, Qurban Qurbanovun rəhbərlik etdiyi kollektiv bir qədər əvvəl oyun üçün Lublinə yola düşüb.

"Dinamo" - "Qarabağ" qarşılaşması sabah "Lyublin Arena"da keçiriləcək və Bakı vaxtı ilə saat 21.00-da start götürəcək. Komandalar arasında cavab oyunu bir həftə sonra Bakıda olacaq.