“Sumqayıt” heyətini yeni oyunçu ilə gücləndirib.
"Football-plus.az" xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
“Kimyaçılar” braziliyalı yarımmüdafiəçi Lukas Blakı transfer edib. 26 yaşlı yarımmüdafiəçinin son klubu Braziliyanın D seriyasında mübarizə aparan “Ferroviario” olub. Lukas Blek ilə 2 illik müqavilə imzalanıb. O, komandada “55” nömrəli formada çıxış edəcək.
"Sumqayıt" bu yay Emil Mustafayev ("Polissya", Ukrayna), Jeymes Almeyda (“Pasuş Fereyra”, Portuqaliya), və Jeam Oliveyranı ("Kaşias", Braziliya) da transfer edib.