Niderland 1-ci divizionunda 14-cü turun oyunları keçirilib.
Football-plus.az xəbər verir ki, "Eyndhoven” doğma meydanda “Telstar”la qarşılaşıb. Ozan Can Kökçünün komandası bu oyunda darmadağınla qalib gəlib – 3:0.
Ozan bu görüşün iştirakçısı olmayıb. Cari mövsümdə 4 qol vurmuş 23 yaşlı futbolçu hazırda Azərbaycan millisinin düşərgəsindədi.
“Eyndhoven” 16 oyuna topladığı 29 xalla 20 kollektiv arasında 4-cü pillədə qərarlaşıb.