"Qarabağ"ın Avropa Liqasının 3-cü təsnifat mərhələsində Ukrayna təmsilçisi "Dinamo”ya qarşı keçiriləcək oyunlar üçün heyəti açıqlanıb.
"Football-plus.az" xəbər verir ki, Ağdam klubunun heyətində cəmi 20 oyunçu yer alıb. Zədə səbəbindən 8 həftə oynaya bilməyəcək Zakariya Savo heyətdən kənarda qalıb. Həmçinin heyətdə əvvəllər Avropa Liqasının seçmə mərhələ oyunları üçün heyətə daxil edilmiş gənc akademiya oyunçuları da yer almayıb.
Qapıçılar: Şahruddin Məhəmmədəliyev, Martin Zlomişliç, Mateuş Koxalski
Müdafiəçilər: Mateus Silva, Bense Varkonyi, Bruno Lanqa, Bəhlul Mustafazadə, Elvin Cəfərquliyev, Bədəvi Hüseynov;
Yarımmüdafiəçilər: Marko Yankoviç, Xoni Montiel, Kadi, Cebrail Makretskis, Pedro Bikalyo, Samuel Lobato
Hücumçular: Jali Mouaddib, Abdulla Zubir, Aleksey Kaşuk, Musa Qurbanlı, Renaldo Sefas
"Qarabağ"ın "Dinamo" ilə ilk oyunu sabah Polşanın "Lyublin Arena" stadionunda, cavab oyunu isə avqustun 13-də "Tofiq Bəhramov"da keçiriləcək.