“Sabah” bu gün Çempionlar Liqasının 3-cü təsnifat mərhələsinin ilk oyununda “Orhus”un qonağı olacaq. “Football-plus.az” Danimarka təmsilçisinin saytına istinadla xəbər verir ki, baş məşqçii Yakob Poulsen heyətlə bağlı danışıb. Mütəxəssis bunları deyib:
“Frederik Tinqaqen özünü meydana çıxmağa hazır hiss edir. Son oyunlarda çox şans qazanmayan Markus Solbakken, Yakob Andersen və Cift Links də bu dəfə özünü göstərmək fürsəti əldə edə bilər. Yeni transferimiz Kolin Röslerin də necə oynadığını görmək istəyirəm. Xüsusən Kolin çox təcrübəli, bacarıqlı futbolçudu. “Sabah” indiyə qədər qarşılaşdığımız komandalardan fərqlidi. Həm fərdi, həm də komanda planında çox böyük potensialları var. Bu üzdən biz də fərqli xüsusiyyətlərə malik olan oyunçulara şans verə bilərik”.
Xatırladaq ki, “Randers” stadionunda keçiriləcək oyun Bakı vaxtı ilə saat 20.30-da başlayacaq.
KƏNAN BAHADIR