Niderlandın 1-ci divizionunda 8-ci turun oyunları keçirilib.
Football-plus.az xəbər verir ki, Ozan Can Kökçünün çıxış etdiyi “Eyndhoven” səfərdə "Almere" ilə qarşılaşıb. Görüş qollu bərabərliklə başa çatıb.
Millimizin üzvü də bu görüşün iştirakçısı olub. Oyuna start heyətində başlayan yarımmüdafiəçi 73-cü dəqiqədə əvəzlənib.
“Eyndhoven” 8 oyundan sonra 17 xalla 2-ci sırada qərarlaşıb.